Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Elmlər Akademiyası“nda təhlükə sovuşdu
Tarix: 12.10.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

Yasamal rayonunun Hüseyn Cavid prospektində yerləşən işıq dirəyindən elektrik enerjisinin oğurlanması barədə qəzetimizdə məlumat vermişdik.
Xatırladaq ki, Bakı Metropoliten İdarəsinin “Elmlər Akademiyası“ stansiyasının qarşısındakı işıq dirəyinin birləşmə hissəsindəki dəmir qapaq çıxarılaraq oradakı elektrik xəttinə “rozetka“ quraşdırılmışdı və o, həmin dirəyin kənarında asılı vəziyyətdə qalmışdı. Əlavə xətlərin birləşdirldiyi yerlərdəki yapışqanlı lent isə küləyin və yağışın təsirindən boşalmaq üzrə idi. Ona görə də yağışlı-qarlı havalarda, hətta güclü küləklər əsən anlarda da açıq qalmış həmin xətlərdə, həmçinin “rozetka“nın açıq deşiklərinə yağış sularının dolması üzündən qısaqapanmanın, hətta digər ciddi təhlükələrin və bədbəxt hadisələrin baş verməsi mümkün idi. Onu da vurğulamaq yerinə düşər ki, sözügedən problemlə bağlı Bakı şəhər İcra Hakimiyyətinin və onun nəzdində fəaliyyət göstərən Şəhəri İşıqlandırma Elektrik Şəbəkəsi Müəssisəsinin Bakı şəhər İşığı qurumunun rəsmilərini məlumatlandırmışdıq. Həmin orqanların rəsmiləri problemi qısa zamanda çözəcəklərinə söz vermişdilər.
Dünən haqqında bəhs etdiyimiz ərazidə olarkən işıq dirəyinin elektrik dirəyinə birləşdirilmiş “rozetka“nın ləğv edildiyini, əlavə xətlərin birləşdirldiyi yerlərdəki yapışqanlı lentlərin yeniləndiyini və dirəyin birləşmə hissəsinə dəmir qapaq taxıldığını gördük. Təbii ki, baş verə biləcək fəsadların qarşısının alınması bizi çox sevindirdi. Bununla belə, bizi narahat edən bir məsələ də oldu. Aidiyyəti qurumların öz sahələrini nəzarətdə saxlamaları, cavabdehlik və məsuliyyət hisslərini dərk etmələri, vəzifə borclarını yerinə yetirmələri üçün həmişə problemləri qabartmaq, onlardan yazmaq hökmən vacibdirmi? Əgər biz bu barədə yazandan sonra müvafiq orqanların rəsmiləri problemlərdən xəbərdar olacaqlarsa, onların hansı işlərlə məşğul olduqlarını bilmək həm bizim, həm də ictimaiyyət üçün də çox maraqlı olardı.

Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019