Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gülnarə Kərimova haqqında iki ildir xəbər yoxdur - FOTO
Tarix: 11.04.2018 | Saat: 15:58:00
Bölmə:Maraqlı | çapa göndər

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun ölümündən sonra haqqında həbs qərarı çıxarılan qızı Gülnarə Kərimova ilə bağlı ABŞ-da yayımlanan "New York Times" qəzeti yeni material dərc edib.

Hafta.az adıçəkilən qəzetə istinadən yazır ki, qəzet maliyyə fırıldaqları ittihamı ilə tutulmuş G.Kərimova haqqında son bir neçə ildir heç bir təbii və inandırıcı xəbərin olmamasına görə narahatlıq ifadə edib. 

"New York Times"də yayımlanan "İtkin qız Guguşa hardadır" başlıqlı yazıda deyilir ki, Gülnarə 2016-cı il sentyabrın 2-də vəfat etmiş atası İslam Kərimovun məzarını bir dəfə də olsun ziyarət eləməyib. Məqalədə o da deyilir ki, artıq bir çoxları Gülnarənin öldüyünə inanır. Maraqlıdır ki, Özbəkistanda 27 il iqtidarda olmuş İslam Kərimovun sağlığında çox sevdiyi və hər baxımdan dəstəklədiyi qızı Gülnarənin haqqında ən yaxın qohumları da məlumatsızdır. İman və atasının adını verdiyi İslam adlı iki oğul övladı olan Gülnarənin 2003-cü ildə boşandığı və Nyu Yorkda yaşayan, özbək və əfqan qarışıqlı Amerika vətəndaşı, keçmiş əri Mansur Maksudi də qəzetə açıqlamasında səlahiyyətli dairələrdən Gülnarə ilə bağlı heç bir məlumat ala bilmədiyini deyib. 

Qeyd edək ki, İngiltərə, İsveçrə və Dubay banklarında böyük miqdarda vəsaiti olduğu bildirilən Gülnarə 2014-cü ildə ev şəraitində nəzarətə götürülüb. 2016-cı ildə atası dünyasını dəyişərkən ona dəfn mərasimində iştirak eləməyə icazə verilməyib. 

Qəzet yazır ki, İslam Kərimovun ölümündən sonra Gülnarə ilə bağlı ölkənin yeni lideri Şövkət Mirziyayev bir açıqlama vermişdi. O, Gülnarə Kərimovanın Daşkənt prokurorluğu tərəfindən vergi qaçaqmalçılığı, özbək şirkətlərinə aid pul və malın qəsb edilməsi və dövlət mülkünün oğurlanması ittihamları ilə cəzalandırılaraq beş il müddətinə "məhdud azadlığa” məhkum edildiyini söyləmişdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018