Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Relatos Salvajes” filmi Bakılıların görüşünə gəlir
Tarix: 12.04.2018 | Saat: 13:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycanda ilk Latın Amerikası Kino Festivalı davam edir.

Argentinanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, festival çərçivəsində aprelin 18-də saat 19.00-da məhz Argentina kinomotoqrafçıları tərəfndən ərsəyə gətirilmiş “Relatos Salvajes” filmi nümayiş olunacaq. 

Filmin sujet xəttinə görə bərabərsizlik, ədalətsizlik və yaşadığımız dünyanın tələbləri bir çox insan üçün stress və depressiyaya səbəb olur. Gözlənilmədən dəyişən reallıq qarşısında həssaslıq göstərən “Relatos Salvajes” filminin qəhrəmanları sivilizasiyanı barbarlıqdan ayıran incə xətti keçirlər. Sevgilinin xəyanəti, kədərli keçmişə geridönüş və gündəlik qarşılaşmalarda göstərilən şiddət nəticəsində filmin qəhramanları nəzarəti itirir və bunun verdiyi qaçınılmaz zövq onları çılğınlığa sövq edir.

Rejissor Damian Sifronun lentə aldığı filmdə əsas rolları Rikardo Darin, Erika Rivas, Leonardo Sbaralya, Oskar Martines, Dario Qrandinetti və sair oynayır.

Film aprelin 18-də saat 19:00-da Landmark otelində ödənişsiz əsasla nümayiş olunacaq. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.07.2018
21.07.2018
20.07.2018