Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Seçici fəallığımızla qədirbilənliyimizi ortaya qoyduq” – Sahib Alıyev
Tarix: 12.04.2018 | Saat: 14:23:00
Bölmə:Siyasət | çapa göndər

“Dünən axşamdan burada ən şox rast gəlinən iki söz var- təbrik və qələbə. Doğrudan da dünən hamımızın təbrikinə və hamımızı təbrikə haqq edən bir qələbə qazanıldı. Bilirsiniz, əslində bu, cənab İlham Əlievin özündən çox bütövlükdə xalqın qələbəsiydi və heç də asan qələbə deyildi.

Hafta.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Millət vəkilinin sözlərinə görə, 11 apreldə keçirilən seçki bir daha təsdiqlədi ki, Yaxın Şərqdə və bir çox başqa ölkələrdəki kimi üzərində eksperiment aparılan xalqlardan deyilik, olmayacağıq. Öz seçici fəallığı və seçki mədəniyyətimizlə biz bir xalq olaraq mütəşəkkilliyimizi, sivilliyimizi, eyni zamanda da qədirbilənliyimizi ortaya qoyduq:

“Düzdür, biz seçkiyə qatılan və könlündən prezidentlik keçsə də bəlli səbəblərdən qatılmayan hər kəsi göz önünə gətirib deyə bilərik ki, İlham Əliyev üçün onların üzərində qələbə çalmaq asandan da asandı axı. Elədir, ancaq onun əsl rəqibləri nə seçkiyə qatılanlar, nə də boykotçular deyildilər. Rəqiblər həmin boykotçuları “Məhsul”da “gimnastika” etdirənlər, Vidadi, Orduxan və digər adlar altında “çirkab boruları” düzəldib xalqımızı və prezidentimizi gözdən salmağa çalışanlar idi. Bu həm də o çevrələrdir ki, Yaxın Şərqin xaos girdabına yuvarlanmasında az rol oynamayıblar”.

Sahib Alıyev bildirib ki, xaricdəki bəzi dairələr burada da bu dəfə “söyüş inqilabı” hazırlayırdılar, lakin bu baş tutmadı:

“Çirkab borularından kəmər düzəltmək, Azərbaycana xaos axıtmaq mümkün olmadı. Kəmər düzəldə bilmədiklərindən 4-5 “boru”dan axıdılan çirkab elə axıtdıranların öz məmləkətində qaldı, pis qoxulu imiclərini daha da iyləndirdi. Hər bir xalq öz liderinə haqq edir - deyirlər. Yüksək seçki mədəniyyətimiz, mütəşəkkliliyimiz, qədrbilənliyimizlə biz göstərdik ki, elə hər bir lider də öz xalqına haqq edir. Dünən təkcə biz prezidentimizi seçmədik, həm də onun öz xalqına haqq etdiyini sərgilədik. Təbriklər Azərbaycan xalqı, təbriklər cənab prezident! Uğur həmişə sizinlə, uğur həmişə bizimlə olsun!”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018