Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün iki hərbi təyyarə qəzaya düşdü
Tarix: 12.04.2018 | Saat: 15:25:00
Bölmə:Dünya | çapa göndər

Bu gün iki hərbi təyyarə qəzaya uğrayaraq yerə çırpılıb.

Hafta.az "Sabah"a istinadən yazır ki, təyyarələrdən biri Yunanıstana, digəri Rusiyaya məxsusdur.

Yunanıstan Hərbi Hava Qüvvələrinə aid "Mirage 2000" döyüş təyyarəsi Egey dənizi səmasında uçarkən Skiros, Sakiz və Midilli adaları yaxınlığında qəzaya uğrayıb. "Mirage 2000"nin pilotunun ölüb-ölmədiyinə dair hələlik məlumat açıqlanmayıb.  Yunan mediasına görə qırıcı günorta saat 12:50-də dənizə düşüb.

"Protothema" yazır ki, hazırda hadisə yerində xilasedicilər axtarış aparırlar. 

Məlumat üçün qeyd edək ki, Yunanıstanda 45 ədəd "Mirage 2000" qırıcısı mövcuddur. 

Bu günün ikinci təyyarə qəzası Rusiyada baş verib. "Yak-130" hərbi-təlim təyyarəsi Voronej şəhri ətrafında təlim zamanı qəzaya uğrayıb. Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, qəza zamanı ölən və ya yaralanan olmayıb. Məlumatda o da deyilir ki, təyyarə uçuş zamanı nəzarətdən çıxıb, pilot və pilot köməkçisi xilasedici paraşütlə havaya atılıblar. Təyyarə insan yaşamayan böş əraziyə düşüb. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.07.2018
21.07.2018
20.07.2018