Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ATƏT DTİHB-nin açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı - Vüqar Əhmədov
Tarix: 13.04.2018 | Saat: 15:02:00
Bölmə:Gündəm | çapa göndər

Mən Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı qeydlərdən tamamilə fərqli fikirlər yer aldı. Seçkilərə qeyri-obyektiv qiymət verildiyi üçün mən etiraz olaraq missiyadan istefa verib çıxdım.

Bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov aprelin 13-də keçirdiyi mətbuat konfransında deyib.

Vüqar Əhmədov bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə şöbəsi Azərbaycanda aparılan müşahidələr əsasında obyektiv hesabat hazırlamışdı. Lakin bu hesabat birdən-birə kənara atıldı və tamamilə qərəzlə dolu başqa bir hesabat təqdim edildi. Belə çıxır ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən xüsusi tapşırıq gəldi və yaxud da mərkəz özü missiyaya əvvəlcədən hazırlanmış hesabat göndərdi. Ona görə də bizim müşahidələrimiz zamanı seçkilərlə bağlı qeyd olunan müsbət məqamların heç biri dünən təqdim olunan hesabatda yer almadı. Təkcə mənim yox, müşahidə missiyasının digər üzvlərinin də şahidi olduqları müsbət məqamlar bu hesabatda əks olunmadı. Bu da o deməkdir ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən verilən tapşırıq yerinə yetirildi. Mən missiyanın rəhbəri Koryen Yonkerə etirazımı bildirdim ki, təqdim olunan hesabatda müşahidə missiyasının heç bir qeydi yer almayıb. O isə cavabında dedi ki, missiya rəhbərinin müavini Stefan Krausun təqdim etdiyi hesabat kifayətdir. Güman ki, həmin hesabat da məhz mərkəzdən hazır vəziyyətdə göndərilmiş hesabatdır. Müşahidə missiyasının ötən gün seçkilərlə bağlı təqdim etdiyi qərəzli hesabata jurnalistlər etiraz etməkdə tam haqlı idilər.

V.Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və onun Azərbaycana mənfi münasibət bəslədiyini bildirib. “Tam əminliklə deyə bilərəm ki, təqdim edilən hesabat seçkilərdən əvvəl hazırlanmışdı, sadəcə, seçkilərdən sonra elan edildi. Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB-nin müşahidə missiyası ilə sıx əlaqədə idilər. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Biz seçki məntəqələrində ciddi qanun pozuntuları ilə rastlaşmadıq. Xırda məqamlar qeydə alındı ki, bu da seçkilərin nəticələrinə təsir edəcək səviyyədə deyildi. Bu hesabat tənqid də deyil, sırf qarayaxma, qərəzdir. Mən bunların heç biri ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim”, - deyə o qeyd edib.

Rusiyadakı seçki prosesində də iştirak etdiyini bildirən Vüqar Əhmədov deyib ki, orada da qurumun siyasi məsələlər üzrə şöbəsinin verdiyi hesabat kənarda qaldı, hazır gətirilən hesabat yayıldı. Bu da onların qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Buna görə də tam əminliklə deyirəm ki, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı.

ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V.Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında obyektivliyin təmin olunacağına, əsassız və qərəzli iddiaların aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018