Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ATƏT bu bəyanatı ilə olmayan nüfuzunu da yerdən-yerə vurdu” – Musa Quliyev
Tarix: 13.04.2018 | Saat: 16:23:00
Bölmə:Siyasət | çapa göndər

“Ümumiyyətlə bu bəyanat Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını tam şəkildə rüsvay etdi. ATƏT-in onsuz da nüfuzu yox idi. Azərbaycan xalqı Qarabağ münaqişəsi məsələsində mövqeyinə görə bu təşkilata hörmət etmirdi. Xüsusən də 25 il ərzində ATƏT-in Misnk Qrupu, Avropa Şurası, Avropa Parlamenti təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında bir fərq qoymayıb. Ona görə də xalqımız həmin təşkilatlara inam və hörmət bəsləmir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Musa Quliyev 11 aprel seçkilərindən sonra ATƏT-i təmsil edən müşahidəçilərin bəyanatını şərh edərkən deyib. Musa Quliyev bildirib ki, bu cür demokratik, şəffaf, aşkarlıq şəraitində keçirilən, xalqın sevgi ilə gəlib səs verdiyi seçkiyə ATƏT-in müşahidəçilərinin həyasızlıqla əvvəlcədən hazırlanmış bəyanatla çıxış etmələri bu təşkilatı tamamilə nüfuzdan saldı:

“Hesab edirəm ki, bundan sonra Azərbaycanda ATƏT-ə qınaq obyekti kimi baxacaqlar. Bu qərəz təzə baxış, yeni fikir forması deyil. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı müxtəlif dövlətlərdə seçkiyə ikili standart nümayiş etdirib. Bu da onların öz maraqlarından irəli gəlir. Eyni zamanda, ATƏT-i yönləndirən müəyyən Qərb dairələri var. Həmin dairələrAzərbaycan və digər iqtisadi potensialı, insan resursları, təbii ehtiyatları güclü olan dövlətləri öz istədikləri kimi çapıb-talamağa, idarə etməyə can atırlar. ATƏT və onu yönəldən qurumlar üçün güclü liderə malik müsəlman və türk dövlətinin olması qəbulolunmazıdır. Onların Azərbaycana qarşı qərəzli mövqeyi də məhz buradan qaynaqlanır”.

Millət vəkilinin sözlərinə görə, onlar hər nə yolla olursa olsun, ölkəmizdəki seçkilərin qeyri-demokratik yolla keçirildiyini “sübut” etməyə çalışacaqlar:

“Hətta insanların səsverməyə getməsində inzibati resurslardan istifadə olunduğunu deməkdən belə çəkinmirlər. Guya, qeyri-bərabər şərait yaradılıb. İnzibati resurslardan istifadə olunmaqla necə seçki keçirmək olar? Təkcə onu deyə bilərəm ki, Gəncədə YAP-ın yekun təbliğat konsertində yüz minə yaxın meydanda adam iştirak edib. Onlar dörd-beş saat həmin meydanda “İlhamla irəli” şüarı qışqırıblar. İnzibati üsullarla yüz min adamı meydana yığmaq olmaz. Nə də 4-5 saat onları həmin meydanda zorla saxlamaq mümkün deyil”.

Musa Quliyev ATƏT-dən olan müşahidəçilərin “inzibati üsullarla insanları seçkiyə cəlb etmə” ittihamına da münasibət bildirib. Millət vəkili qeyd edib ki, avropalı müşahidəçilərin bu iddiaları da əsassızdır:

“Seçkinin nəticələri elan edildikdən sonra Bakıda, respublikanın müxtəlif rayonlarında insanlar bayram əhval ruhiyyəsi ilə küçələrə töküldülər. Bir – birlərini təbrik etdilər. Konsertlər verdilər. İnzibati üsullarla bunu heç cür etmək mümkün deyil. Heç olmasa, bunlara baxıb onlar utanmalı idilər. Xalqın seçkiyə münasibətinə baxın, bir də bunların seçki ilə bağlı sərgilədiyi qərəzli mövqeyə; dünanın onlarla ölkəsindən yüzlərlə müşahidəçi bu seçkini izlədi və hamısı da demək olar ki, müsbət rəy verdi. Bu necə olur, 900-ə yaxın müşahidəçinin ədaləti, peşəkarlığımı yoxdur?! Peşəkarlıq və ədalət təkcə ATƏT-ə qalmayıb. Dünyanın müxtəlif ölkələrinin başçıları artıq Azərbaycan prezidentini təbrik edir. Alternativ namizədlər də öz növbəsində qalibi təbrik edirlər. Belə olan halda ATƏT-in kiflənmiş bəyanatını gətirib burada oxumağa cəhd edirlər. Bu ayıbdır. ATƏT bu bəyanatı ilə özünü biabır etmiş oldu. Olmayan nüfuzunu da yerdən –yerə vurdu. Hesab edirəm ki, Azərbaycan xalqı ATƏT-i ciddi təşkilat kimi qəbul etməli deyil”.

Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıblar. Bəyanatda səsləndirilən fikirlər mətbuat konfransında iştirak edən jurnalistlərin narazılığına səbəb olub və ATƏT müşahidəçilərinin fikirlərinin əvvəlcədən hazırlandığı bildirilib.

Jurnalistlərin narazılığından sonra avropalı müşahidəçilər mətbuat konfransını yarımçıq saxlayaraq, zalı tərk ediblər.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018