Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali məktəblərdə təhsil alanların sayı artıb
Tarix: 13.04.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda ölkəmizdə fəaliyyət göstərən universitetlərdə 167 677 tələbə təhsil alır

2017/2018-ci tədris ilinin əvvəlinə Azərbaycanın təhsil sistemində 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərib. Bu fikirləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. T.Budaqov qeyd edib ki, onlarda 167677 tələbə ali təhsil alıb: “Bu da 2003/2004-cü tədris ili ilə müqayisədə 38,0 faiz artım deməkdir: “2017-2018-ci tədris ilinin əvvəlinə 4410 dövlət və 28 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1520 min nəfər şagird təhsil alıb.

2004-2017-ci illərdə ölkədə 530,3 min şagird yerinə malik yeni məktəb binaları tikilmiş və ya mövcud məktəblərdə əlavə şagird yerləri yaradılıb. Bundan əlavə, 20,9 min yerlik məktəbəqədər təhsil müəssisələri tikilib istifadəyə verilib”.
Yeri gəlmişkən, Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsinin artırılması daim dövlətin diqqət mərkəzindədir. Təbii ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi bütün sahələrdə olduğu kimi, ali təhsildə də köklü islahatlar zərurəti yaratdı. 1999-cu ildə “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”nın qəbul edililməsi isə bu sahədə dönüşə səbəb oldu. Belə ki, proqramın icrası nəticəsində ali təhsil sistemində bir sıra struktur dəyişiklikləri aparıldı və ali təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması istiqamətində müvafiq işlər görüldü. 2005-ci ildə isə Azərbaycanın Bolonya prosesinə qoşulması ölkədə ali təhsil islahatlarının yeni mərhələsi oldu. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda qeyd olunurdu ki, proqramın məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Təbii ki, sözügedən proqramın icrası çərçivəsində ali təhsilin qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması və Bolonya prosesinin əsas prinsipləri istiqamətində yenidən qurulması sahəsində mühüm işlər görülüb.

Lakin Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.
Sənəddə həmçinin vurğulanır ki, yaxın gələcəkdə Azərbaycanda özəl universitetlərin müstəqilliyinin artırılması və inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək: “Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Amma Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağı olduğundan gələcəkdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafı üçün müəyyən maneələr ortaya çıxa bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcək. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcək”.
Xatırladaq ki, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28.007,II ixtisas qrupu üzrə 19.858, III ixtisas qrupu üzrə 18.099, IV ixtisas qrupu üzrə 4.833 nəfər olub.

Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 35.790 nəfər ( 50.6) faiz təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34.475 nəfər, 2015-ci ildə 33.198 nəfər, 2014-cü ildə isə 32.159 nəfər təşkil edib. 2017-ci ildə qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. 2016-cı ildə bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib.Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.
Məlumat üçün həmçinin vurğulayaq ki, bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi (DİM) dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib. DİM-dən verilən məlumata görə, “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri Dövlət İmtahan Mərkəzinə və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər. Sənədlərə ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti; müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir və namizədlər müvafiq sənədləri mayın 31-dək təqdim etməlidirlər.

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısına gəlincə, bu siyahıya fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları, olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan),vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan), Ggnc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan), Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya),“Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika),gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya), gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya), gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan), gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya), gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya) daxildir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018