Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Britaniya Rusiyadan üzr istədi - GÜNÜN TƏZADLARI
Tarix: 13.04.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Britaniyanın Uçuş Təhlükəsizliyi Mərkəzi “Aeroflot”a məxsus təyyarənin göyərtəsində axtarış aparılmasının səbəblərini açıqlayaraq Rusiya avia-şirkətindən üzr istədi. Hafta.az “Dəyərlər” nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat naziri Maksim Sokolov deyib. Nazir mərkəzin “Aeroflot”dan martın 30-da aparılan axtarışa görə üzr istədiyini də qeyd edib.

Qeyd edək ki, martın 30-da Londondan Moskvaya səfərə hazırlaşan “Aeroflot” hava yollarına məxsus təyyarənin göyərtəsində xüsusi-xidmət orqanları axtarış aparılıb. Axtarışın ekipay üzvlərinin iştirakı olmadan və heç bir sənəd təqdim edilmədən aparılması qarşıdurma yaradıb. Yalnız Rusiya səfirliyinin nümayəndəsinin hadisə yerinə gəlməsindən sonra təyyarə komandirinin axtarışda iştirakına icazə verilib.


Azərbaycanda “160”la gedən sərnişin avtobusu görüntüləndi


Sərnişin avtobusunun magistral yolda yüksək sürətlə hərəkət etdiyi bəlli oldu. Hafta.az yazır ki, bu haqda “Xəzər Xəbər” reportay yayımlayıb. Kadrlar Bakı-Qazax avtomobil magistralında çəkilib. Yüksək sürətlə hərəkət edən avtobusun sürücüsü sanki magistralda yox, yarış meydançasındadır. Sürücu avtobusu saatda 160 km sürətlə idarə edir və hətta döngələrdə də sürətini azaltmır. 10 RO 299 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlərin olub-olmadığı aydın görünmür. Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burda həm videonu çəkən, həm də avtobusun sürücüsü sürət həddini kobud şəkildə pozur. Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr/saat müəyyənləşib. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, görüntülərə uyğun olaraq araşdırma aparılacaq. Əgər sürət həddi videoda qeyd olunduğu kimi müəyyənləşərsə, hər iki sürücüyə qanunda nəzərdə tutulan qaydada cərimə tətbiq ediləcək.


Oğuzda icra nümayəndəsinin oğlu öldü


Oğuzda vəzifəli şəxsin oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi. Hafta.az “Qaynarinfo”-ya istinadla xəbər verir ki, faciəli olay rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Cavid Bəxtiyar oğlu İsmayılov yüksəklikdən yıxılaraq aldığı kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. Müayinə zamanı C. İsmayılovun öldüyü məlum olub. Onun başından aldığı xəsarətdən dünyasını dəyişdiyi ehtimal olunur.
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Faktla bağlı Oğuz rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, C. İsmayılov Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu kəndi üzrə ərazi-icra nümayəndəsi Bəxtiyar İsmayılovun oğludur.


Bakıda “Neskafe” qutusundan qəhvə yerinə suxarı çıxdı


Paytaxt dükanlarından birindən “Neskafe” firmasına məxsus qəhvə(kofe) adı ilə alınmış qutunun içərisindən üyüdülmüş çörək qurusu(suxarı) çıxdı. Hafta.az xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyub Hüseynov yazıb. E. Hüseynov yeni “tapıntısı”nı belə təqdim edib: “Kolleksiya artır... “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) söyləmişdi ki, ərzaq mallarının içərisindən çıxan kənar cisimlər muzeyi yaranacaq. Bu “Nescafe”ni AİİB-ə gətirib təslim edən şəxs onu açanda içərisində suxarı əzintisi ilə doldurulduğunu görüb. AİİB-in sədri olaraq 4 gündür distribütorlara və sair zəng edirəm ki, gəlin araşdırın, amma heç kimin vecinə deyil...
Bir sözlə ehtiyatlı olun, hələ biz buna “suxarı” deyirik, bəlkə tərkibində başqa nəsə var?!.
İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan qurum tərpənmir, məmur bizneslə məşğul olur. Ölkə Prezidenti bizləri ictimai nəzarətə çağırır, bunu da etmirik, ona görə də apteklər, klinikalar nəzarətsiz qidadan doyan bizlərin növbə yeridir...Yaşasın dünyanın hər yerindən axışıb gələn “həkimlər”!..”.


4 il öncə ölmüş ata-ananın övladları dünyaya gəldi


Çində 2014-cü ildə avtomobil qəzasında həlak olmuş ər-arvadın uşağı dünyaya gəlib. Hafta.az yazır ki, Virtualaz.org-un “The Beiying News” nəşrinə istinadla verdiyi xəbərə görə, uşağı surroqat ana dünyaya gətirib.
Mənbə bildirir ki, çinli ailə hələ sağ ikən ekstrakorporal (bədəndən xaric) mayalanma (EKO) yolu ilə uşaq dünyaya gətirmək məqsədilə bir neçə embrionu dondurubmuş. Ailə məhkəmə yolu ilə embrionlardan istifadə etməyi planlaşdırıbmış. Presedent olmadığı üçün məhkəmə işi uzanıb. Cütlük qəzaya düşüb həlak olduğu vaxt embrionlar Nankin şəhərinin xəstəxanasında saxlanılıb. Yalnız ölümlərindən sonra məhkəmə ər-arvadın EKO üsulu ilə valideyn olmaq hüquqlarını tanıyıb. Bundan sonra bir laoslu qadın həmin uşağa surroqat ana olmağa razılıq verib.
Uşağın valideynləri sağ olmadığı üçün onun kimliyi babalarının və nənələrinin DNT testinin nəticələri əldə olunduqdan sonra müəyyənləşdirilib. Oğlana Tyantyan adı verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.07.2018
21.07.2018
20.07.2018