Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
MSK yekun protokolu təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib
Tarix: 15.04.2018 | Saat: 12:40:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Seçki Məcəlləsinin tələblərinə əsasən aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edilib.

Hafta.az xəbər verir ki, MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Protokol MSK üzvləri tərəfindən imzalanıb. MSK səsvermənin ümumi yekunlarına dair protokolun seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov deyib ki, MSK prezident seçkiləri ilə əlaqədar seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədin statusunu dəyişdirəcək qərarlar verilməyib.

Beləliklə, MSK-nın yekun protokoluna əsasən İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibidir.

Araz Əlizadə 1,38 faiz, Hafiz Hacıyev 1,52 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Fərəc Quliyev 1,17 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Razi Nurullayev 0, 74 faiz və Zahid Oruc 3,12 faiz səs toplayıb.

MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 min 413 səs etibarsız sayılıb.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir. (apa)



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.04.2018
24.04.2018
Layihe:"Elm və təhsilin inkişafı."