Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Enerji təchizatında ciddi problem olmayıb"
Tarix: 15.04.2018 | Saat: 17:51:00
Bölmə:İqtisadiyyat | çapa göndər

"Hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, paytaxt Bakıda və regionların elektrik enerjisi ilə təchizatında ciddi problemlər yaranmayıb".

Hafta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum məlum hava şəraiti üçün əvvəldən hazırlıq işləri görüb: "Ötən gün respublikamızın bəzi dağlıq və dağətəyi ərazilərində küləyin təsirindən elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranmışdı. Əməkdaşlarımızın operativliyi və sayıqlığı nəticəsində qəzanın nəticələri tez bir zamanda aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib. Onu da əlavə edim ki, paytaxt və regionlarda bütün maşın və texnikamız hazır vəziyyətə gətirilib. Baş verə biləcək hər hansı qəzanın yaxud kəsintinin qarşısını almaq üçün əməkdaşlarımız hazırdır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018