Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Putinlə Ruhani telefonla danışıb
Tarix: 15.04.2018 | Saat: 18:46:00
Bölmə:Dünya | çapa göndər

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya və İran prezidentləri ABŞ, İngiltərə və Fransanın raket zərbəsindən sonra Suriyadakı vəziyyəti müzakirə ediblər.

Onlar ABŞ və müttəfiqlərinin hüquqa zidd bu addımının Suriya böhranının siyasi yolla tənzimlənməsi perspektivinə ciddi zərbə vurduğunu qeyd ediblər. Rusiya prezidenti qeyd edib ki, əgər BMT Nizamnaməsinə zidd bu fəaliyyət davam edərsə, bu, beynəlxalq münasibətlərdə xaosa gətirib çıxara bilər.

Putin və Ruhani Yəmən də daxil olmaqla, Yaxın Şərq regionunda vəziyyətlə bağlı da müzakirə aparıblar. Tərəflər iqtisadi-ticari sfera da daxil olmaqla, iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018