Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Məsələni araşdırmamış insanların ləyaqət və şərəfinə toxunmayın”- Sona Əliyeva
Tarix: 16.04.2018 | Saat: 11:08:00
Bölmə:Gündəm | çapa göndər

Bir neçə gündür ki, Milli Məclisdə Şəmkir rayonunu təmsil edən millət vəkili Sona Əliyeva və onun ailəsi arasında yaşanan gərginliklər medianın əsas müzakirə mövzusuna çevrilib.

Yayılan xəbərlərdə millət vəkilinin anası Bəsirə Əliyeva qızının onu dəlixanaya saldıracağı ilə hədələməsi qeyd olunur. Bəsirə Əliyeva, övladının onu aldatdığını, ərindən qalan bütün əmlakı öz adına keçirdiyini iddia edir:

“Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün - 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.

Məsələnin kökünü araşdırmaq üçün millət vəkili Sona Əliyeva ilə əlaqə saxladıq. Sona Əliyeva hafta.az vasitəsi ilə həmin xəbərləri tirajlayan media orqanlarına müraciət ünvanlayıb. Məsələnin dərənliyini özündə əks etdirən açıqlamalarla ictimaiyyətin qarşısına çıxıb. Həmin bəyanatı olduğu kimi sizə təqdim edirik:

Əziz dostlar və hörmətli media nümayəndələri!

Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım. Ailə dəyərlərinə və atamın ruhuna hörmətlə yanaşaraq susmağın artıq məni uçuruma apardığını, sağlamlığımı, karyeramı və ailə münasibətlərimi riskə atdığını görərək, sükutumu pozmaq məcburiyyətində qaldım.

Bu gün mən sadəcə son günlərinə qədər atamın qulluğunda durmağımın, böyük qardaşımın da təsisçi olmağına baxmayaraq, təsisçilərdən biri kimi, müəssisənin bütün hüquqi məsələlərini həll etməyimin “günahını” yaşayıram. Atamın verdiyi qərarın ailə üzvlərimin xoşuna gəlməyəcəyini bilsəm də, onun son arzusuna yox deyə bilmədim…

Bildirmək istəyirəm ki, atamın vəfatından sonra ailə üzvlərimiz arasında mirasla bağlı gərginlik yaşanmış, atamın vəsiyyəti və göstərişi ilə özünün müəssisəyə təyin etdiyi hüquqşünas tərəfindən mülkiyyətin üç övlad arasında ədalətli şəkildə bölünməsi ilə bağlı aparılan işlər dayandırılmışdır. Atamın arzusunun yerinə gətirilməsini istədiyimi dəfələrlə dilə gətirməyimə baxmayaraq, daha sonra ailə üzvlərim mərhum atamdan miras qalan əmlakdan və mülkiyyətdən imtina etməyəcəyim təqdirdə məni və övladlarımı öldürməklə təhdid etmiş, həyat yoldaşım və digər ailə üzvlərimi təhqir edərək, ölkə mediasında biabır olunacağım haqqında təhdid və şantajlar səsləndirib. Son olaraq fevral ayının yeddisində qardaşlarımın iş birliyi ilə ölkə mediasında haqqımda yalan və böhtan yazılar dərc etdirərək, məni şantaj edərək psixoloji təyziq altında ata mirasından notarial qaydada imtina etməyə məcbur ediblər. Məsələnin böyüməsinin və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün, mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etmiş, atam tərəfindən mənə bağışlanan mersedes markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirmişəm. Buna baxmayaraq, qardaşlarım mənə dərs verdiklərini qeyd edərək, xəbərin media orqanlarından götürməyəcəklərini bildirmiş və beləcə üzücü hadisələr xəbər olaraq saytların manşetinə çevrilib.

Bu gün də eyni qaydada iqtidar partiyanın və Milli Məclisin üzvü olaraq haqqımda yayılan xəbərlərin təmsil etdiyim qurumların adına və mənim şəxsiyyətimə xələl gətirməməsi baxımından mənim üçün nə qədər çətin olsa da həqiqətləri söyləmək məcburiyyətində qaldım. Burdan bəzi media orqanlarına isə xaiş etmək istəyirəm: bir məsələni araşdırmamış, həqiqətləri anlamamış insanların ləyaqət və şərəfinə toxunmayın. Mən ictimai xadim olmaqdan əlavə bir insanam, bir qadınam, bir anayam! Mənim 17 və 16 yaşlarında qızlarım və yeniyetmə oğlum var. Siz, bir də bu talehsiz hadisələrə bizim tərəfimizdən, mənim, ailəmin övladlarımın keçirdiyi ağır psixoloji travma baxımından baxın! Anlamağa çalışın, ədalətli olmağa çalışın, xəbər xatirinə insanların həyatını, karyerasını heçə saymayın, kimlərinsə əlində alətə çevrilməyin. Vicdanınıza və həqiqətə arxa olun!

Bu gün artıq bütün bu olan üzücü hadisələrin media orqanlarında yerli-yersiz müzakirə obyektinə çevrilmıyindənsə, hüquq mühafizə orqanları tərəfindən araşdırlmasını, məsələyə hüquqi qiymət verilməsini arzu edərdim, çünki kifayət qədər səbr və susqunluq göstərməyimə baxmayaraq başqa çarəm qalmır… İyirmi birinci əsrdə yaşadığımız halda qadın olduğum üçün qardaşlarım da olsa, kişilər tərəfindən təyziq və təhdidlərə məruz qaldığıım bu cəmiyyətdə medianın başıma gələnləri üzvü olduğum partiyanın və qurumun imiicini korlamaq üçün alətə çevirməyinə də ayrıca təssüflənirəm.

Sonda demək istəyirəm ki, əgər mən Milli Məclisin üzvü olaraq cəmiyyətdə qardaşlarım kişi olduğundan onlar tərəfindən bu qədər təyziq, hədə və böhtanlara məruz qalıramsa, təhsilsiz, sadə qadınlar nələr yaşayır, təsəvvür belə etmək istəmirəm. Belə bir talehsizlik yaşamağımdan dolayı, başda özüm olmaqla Azərbaycan qadınıarının miras və bu kimi digər hüquqlarını qoruyacağımı və daim yanlarında olacağımı bildirməklə, bu kimi problemlər yaşayan qadınlarımızın mənə müraciət etmələrini istəyirəm.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018