Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ATƏT-in bəyanatının Azərbaycanda keçirilən seçkilərlə heç bir bağlılığı yoxdur” – Azər Badamov
Tarix: 16.04.2018 | Saat: 12:25:00
Bölmə:Siyasət | çapa göndər

“ATƏT-dən olan müşahidəçilərin prezident seçkiləri ilə bağlı səsləndirdiyi bəyanatın Azərbaycan üçün heç bir siyasi çəkisi yoxdur. Çünki, ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərini bir çox beynəlxalq təşkilatların nümayəndələri izləyib. Seçkiləri izləyən bütün beynəlxalq təşkilatlar və siyasətçilər Azərbaycanda keçirilən seçki barəsində müsbət fikrə malikdirlər”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Azər Badamovun sözlərinə görə, hər bir müşahidəçi Azərbaycanda keçirilən seçki və seçki təcrübəsi barəsində yüksək fikirlər səsləndirib:

“ATƏT-in səsləndirdiyi bəyanatın Azərbaycanda keçirilən seçkilərlə heç bir bağlılığı yoxdur. Həmin bəyanat əvvəlcədən hazırlanıb gətirilmiş bəyanatdır. ATƏT-in müşahidə missiyasını həyata keçirən şəxslər də gün ərzində müsbət fikirlərini ifadə ediblər. Seçkinin demokratik, şəffaf və azad keçirilməsini bildiriblər. İnsanların aktivliyini, məntəqələrə gəlib səs vermələrindən müsbət danışıblar. Axşam isə bütün bunların əksinə olaraq, belə bir bəyanat səsləndirilib. Bu isə onların bir neçə saat əvvəlki fikirləri ilə daban-dabana ziddir. ATƏT-in müşahidəçi missiyası Azərbaycana müəyyən sifariş əsasında hazırlanmış bəyanatla gəliblər. Həmin bəyanatı isə seçkilərdən sonra səsləndiriblər”.

Millət vəkili məlum bəyanatdan sonra Avropa Şurasının Azərbaycanla bundan sonrakı münasibətlərinə hər hansı mənfi dəyişiklik gətirməyəcəyini də deyib:

“Qeyd etmək istəyirəm ki, Avropa Şurasının baş katibi seçkilərin yüksək səviyyədə keçirilməsi münasibəti ilə Azərbaycan Prezidentini təbrik edib. Avropa Şurası da bu gün Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. ATƏT-in səsləndirdiyi həmin bəyanatın Azərbaycanın beynəlxalq əlaqələrinə, Avropa ilə münasibətlərinə hər hansı formada təsir etməyib. Düşünürəm ki, ATƏT-in məlum bəyanatını səsləndirən şəxslər də növbəti seçkilərdə reallığa uyğun formalaşdıracaqlar. Çünki onlar həmişə görüblər ki, Azərbaycan ictimaiyyəti bu cür bəyanatları öz düşüncəsinə, seçiminə zidd olaraq qəbul edib. Onlar reallığı qiymətləndirə bilən insanlar olsa, belə fikirləri heç vaxt səsləndirməzlər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018