Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Rusiya turizmin inkişafının Azərbaycan modelini öyrənməkdə maraqlıdır" - Eldar Tlyabiçev
Tarix: 16.04.2018 | Saat: 14:40:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Rusiyanın ölkəmizdəki ticarət nümayəndəsi Eldar Tlyabiçev və “Rusiya eksport mərkəzi” ( АО «Российский экспортный центр») Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyevlə görüşüb.

AZTA-dan Hafta.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Rusiya arasında mövcud turizm münasibətləri və inkişaf perspektivləri müzakirə edilib. Qonaqlar turizm sahəsinin inkişafı məsələsinin 2017-ci ilin sentyabrında keçirilmiş “VIII Rusiya-Azərbaycan Regionlararası Forum”da da əsas mövzulardan biri olduğunu bildiriblər. Rusiyanın Azərbaycanda ticarət nümayəndəsi E.Tlyabiçev deyib ki, Rusiya tərəfi turizmin inkişafının Azərbaycan modelinin öyrənilməsi və tətbiqində maraqlıdır. Belə ki, qisa zaman ərzində turizm sektorunun inkişafı, turist axınının, xüsusilə də varlı turistlərdən sayılan, ərəb turistlərinin cəlb edilməsi təqdirəlayiqdir.

“Hazırda Rusiyada Azərbaycanda olduğu kimi turizmin inkişafı perspektiv məsələlərdən sayılmır, lakin, qarşıda duran perspektiv inkişaf sahələrindəndir”, - deyə E.Tlyabiçev deyib.

“Rusiya eksport mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri N.Quliyev isə qeyd edib ki, növbəti Rusiya-Azərbaycan Regionlararası Forum sentyabrda Gəncədə keçiriləcək. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin razılığı əsasında Rusiya tərəfi əlaqəli turizm münasıbətlərinin inkişafı üçün təklıflər hazırlayıb forum iştirakçılarına təklif etməlidir. Qonaqlar bu təklifləri hazırlamaqda AZTA-nın dəstəyinə ümidvar olduqlarını bildiriblər.

N.Bağırov rusiyalı mütəxəssislərə AZTA-nın yardım etməyə hazır olduğunu deyib və Azərbaycanın turizm modelinin inkişafı, eləcə də son illər turizm inkişafının yerlı və xarici iqtisadi münasibətlərin inkişafına tövhəsi barədə danışıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.07.2018
21.07.2018
20.07.2018