Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dolların alış-satışında hər hansı problem və ya bahalaşma yoxdur – FOTOLAR
Tarix: 16.04.2018 | Saat: 15:45:00
Bölmə:Reportaj | çapa göndər

Son günlər paytaxtda dolların tezliklə manata nisbətdə xeyli bahalaşacağı haqda xəbərlər dolaşır. Bu cür xəbərlərin yayılması və manatın iki ardıcıl devalvasiyadan sonra yenidən dəyər itirməsi ilə bağlı yayılan xəbərlər ölkə ictimaiyyətində narahatlıq yaradıb.

Məsələnin – daha doğrusu, narahatlığın ciddiliyini yerində araşdırmaq üçün banklara üz tutduq. Hafta.az-ın obyektivi ilə əsl həqiqətləri sizə də göstərməyə çalışacağıq.

İlk üz tutduğumuz məkan Ziraat Bank oldu. Müştəri qismində yaxınlaşıb dollar alqı-satqısı aparılıb-aparılmadığını soruşduq. Dedilər ki, məbləğindən asılı olmayaraq, dolların alqı-satqısı aparılır. Bir az da dəqiqləşdirsək əməliyyatlar paralel şəkildə aparılır. Yəni, manatı dollara, dolları da manata dəyişənlərin statistik göstəricisi təqribən eynidir. Bunu bankda apardığımız müşahidələr də təsdiqlədi. Müşahidələrimizə əsasən deyə bilərik ki, xəzinədara dollar verib manat alanlarla milli valyutanı ABŞ-ın pul vahidinə dəyişənlərin nisbəti demək olar ki, eyni idi.

Yuxarıdakı tabloda da dolların manata olan nisbəti 1.70 –civarında göstərilirdi. Yəni əvvəlki günlərlə müqayisədə ciddi bir dəyişiklik yoxdur. Bankdan bildirdilər ki, həftəsonlarında da “Ziraat Bank”da valyuta dəyişmə kursu stabil olaraq qalıb. Yəni, süni qiymət artımından söhbət belə gedə bilməz.

Üz tutduğumuz növbəti bank isə “Amrahbank” oldu. Adıçəkilən bankda da dollar və manat qıtlığının yaşanmadığını gördük. Hətta bir nəfərin dörd min ABŞ dollarını Azərbaycan manatına dəyişdiyinin şahidi olduq. Başqa bir xanımın isə üç yüz manatı dollara elə dəyişdiyini gördük. Xəzinədarlığın qarşısında qələbəlik var idi. Dolları manata, manatı dollara dəyişənlər sakitcə əllərindəki valyutaya müvafiq tələblərini səsləndirdilər.

Xəzinədara yaxınlaşdıq. Ayaqüstü söhbətimiz əsasında məlum oldu ki, nə vaxtda manatın dollara, dolların milli valyutaya nisbətdə bahalaşması haqqında bank əməkdaşları bir söz deyə bilməz. Amma xəzinədar bankda dolların alış-satışında hər hansı problem və ya bahalaşma olmadığını söylədi:

“Həftəsonu dolların alış-satışında problem yarandığını deyirlər. Onu deyim ki, bazar günü işləməmişik. Şənbə günü isə yarım gün fəaliyyətdə olmuşuq. Valyutadəyişmədə hər hansı problem yaşamamışıq. Əvvəlki qiymətlərlə valyutadəyişmə əməliyyatları keçirilib. Dolların qiymətinin qalxması sadəcə şayiədir. Bu gün də gördüyünüz kimi əməliyyatlar aparılır. Heç bir problem olmayıb. Dollar və ya manat qıtlığı yaşanmır”.

Paytaxtda valyuta dəyişən sadə vətəndaşlarla söhbətləşdik. İlkin adlı vətəndaş deyir ki, həftəsonları banklar işləmədiyi üçün bəzi “işbazlar” bundan yararlanmaq istəyir:

“Şənbə günləri banklar yarım gün işləyir. Bazar günü isə ümumiyyətlə xidmət göstərmirlər. Bundan da bəzi “işbazlar” yararlanmağa çalışır. Dolları yüksək kursla alırlar, panika yaradırlar ki, dollar qalxacaq. Belə olan halda da yaxın bir neçə saat ərzində süni bahalaşma yaradaraq, insanların və turistlərin, xarici vətəndaşların əllərindəki dollarları ələ keçirməyə və buradan pul qazanmağa çalışırlar. Yəni, ABŞ dollarını öz əllərində cəmləməyə və “bahalaşma sindromu”nu davam etdirməyə cəhd göstərirlər”.

Digər həmsöhbətim İqbal Şükürov deyir ki, bu işlərə Mərkəzi Bank ciddi nəzarət etməli və hüquq-mühafizə orqanları ilə birgə çalışmalıdırlar:

“Bu gün 350 dollar dəyişmişəm. Özüm “Sədərək” bazarında alqı-satqı işləri ilə məşğulam. Tez-tez pul lazım olur. Hələ ki, hər hansı bahalaşma ilə üzləşməmişəm. Hər şey normaldır. Elə olur ki, hər gün, iki gündən bir dollar və ya manat dəyişirəm. Həmişə də banklara üz tuturam. Problem yarandığını görməmişəm. Hüquq-mühafizə orqanları Mərkəzi Bankla birgə fəaliyyətə keçib həmin “işbazları” zərərsizləşdirməsələr dövriyyədə olan dollarlar yenə də bir neçə şəxsin əlində cəmləşəcək. Bu da süni bahalaşmaya, “qara bazar”ın yenidən dirçəlməsinə səbəb olacaq”.

“NIKOİL Bank”ın idarə heyəti sədrinin müşaviri, maliyyə eksperti Cəlal Nağıyevin sözlərinə görə, Azərbaycanda manatın ucuzlaşması və xarici valyutaların məzənnəsinin artması üçün heç bir əsas yoxdur. Ekspertin fikrincə, manatın sabitliyini bir sıra amillər təmin edir:

“İlk növbədə, Azərbaycanda daxili istehsalat artır. Sahibkarlar, xüsusən də kiçik və orta biznes nümayəndələri öz istehsalatlarının yaradılması və ya genişləndirilməsi istiqamətində biznes kreditlərin əldə olunması üçün daha tez-tez müraciət etməyə başlayıb”.

Cəlil Nağıyev onu da vurğulayıb ki, əhalinin milli valyutaya inamı da kifayət qədər yüksəkdir və artmaqda davam edir:

“Bu ilin fevral ayının yekunlarına əsasən, ölkə banklarında milli valyutada əmanətlərin həcmi 2935,2 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin fevralı ilə müqayisədə 2 dəfə çoxdur. Bir il ərzində əmanətlərin həcmi 37,8 faizədək artıb.

Sonda isə müşahidə apardığımız banklarda dolların manata olan nisbətini təqdim edirik:

“Amrahbank” – 1.7030 (alış) - 1.7045 (satış)

“Ziraat Bank” – 1.7030 (alış) – 1.7045 (satış)

Azərbaycan Beynəlxalq Bankı – 1.7000 (alış) – 1.7020 (satış)

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018