Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Misir Azərbaycan uşaqlarının gözü ilə" rəsm sərgisi keçirilib - FOTO
Tarix: 16.04.2018 | Saat: 17:22:00
Bölmə:Mədəniyyət | çapa göndər

Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin və “Esmeralda” Rəsm Studiyasının birgə təşkilatçılığı ilə “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi keçirilib.

Mərkəzdən Hafta.az-a verilən məlumata görə, sərgidə iştirak edən Misirin Azərbaycandakı səfiri cənab Adel İbrahim bildirib ki, Misirlə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələr birgə əməkdaşlığın möhkəmləndirilməsində və xalqlarımız arasında qarşılıqlı anlaşmada mühüm rol oynayıb, mədəni əlaqələr qurulduğu andan davamlı şəkildə inkişaf edib. Misirlə Azərbaycan arasında elmi-mədəni əməkdaşlıqda canlı körpü rolunu oynayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misir incəsənətinin və mədəniyyətinin özəlliklərini çatdırmaqda öz töhfəsini verir.

Sonra çıxış edən Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi azərbaycanlı gənclərin incəsənətə, mədəniyyətə böyük maraqlarından, Misirdə keçirilən beynəlxalq rəsm müsabiqələrində yüksək nəticələr əldə etmiş qaliblər haqqında məlumat verib.

Daha sonra “Esmeralda” Rəsm Studiyasının rəhbəri, rəssam Esmeralda Tağızadə 2011-ci ildən etibarən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlıqdan, birgə həyata keçirilmiş layihələrdən, Azərbaycan Rəssamlaq İttifaqında, eləcə də Rəssamlıq Akademiyasında təşkil edilmiş sərgilərdən söz açıb.

Sonda ziyarətçilər “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisində nümayiş etdirilən əsərlərlə tanış olublar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018