Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İlk Latın Amerikası Film Festivalına start verildi
Tarix: 16.04.2018 | Saat: 17:47:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bu gün Latın Amerika mədəniyyətini və ənənələrini təşviq etmək üçün Azərbaycanda yerləşən Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın diplomatik nümayəndəliklərinin birgə səyi əsasında baş tutan ilk Latın Amerika Film Festivalı başlayır.

Hafta.az-a daxil olan məlumata görə, ilk buraxılışında, Latın Amerika Film Festivalı kinematoqrafiya vasitəsilə bədii dəyərlər və Latın Amerikasını xarakterizə edən mədəni müxtəlifliyini əks etdirmək məqsədini həyata keçirəcək.

Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əhəmiyyətli əməkdaşlığı ilə baş tutan festivalın ilk buraxılışında nümayiş olunacaq 7 film sayəsində Azərbaycan ictimaiyyəti Latın Amerikası xalqlarının mədəniyyəti, həyat tərzi və adət-ənənələri ilə daha yaxından tanış olacaq. 

Festival çərçivəsində təqdim olunacaq aşağıdakı filmlər:

1. "La tierra y la sombra" (Kolumbiya) – bazar ertəsi, 16 aprel, 18:30, Park Cinema Flame Towers.

2. "El regreso" (Kosta-Rika) - çərşənbə axşamı, 17 aprel, 14:00, Azərbaycan Dillər Universitetində.

3. "A dona da história" (Braziliya) – çərşənbə axşamı, 17 aprel, 19:00-da, Landmark otelində.

4. "Conducta" (Kuba) – çərşənbə, 18 aprel, 14:00, Azərbaycan Dillər Universitetində.

5. "Relatos salvajes" (Argentina) – çərşənbə, 18 aprel, 19:00-da, Landmark otelində.

6. "No se aceptan devoluciones" (Meksika) – cümə axşamı, 19 aprel, 14:00, Azərbaycan Dillər Universitetində.

7. "Viejos amigos" (Peru) – cümə axşamı, 19 aprel, 16:30, Azərbaycan Dillər Universitetində.

Filmlər ispan və portuqal dilində, ingilis dilində altyazı ilə nümayiş etdiriləcək. Filmlərə giriş sərbəstdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.07.2018
21.07.2018
20.07.2018