Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dilsiz heykəlin harayı
Tarix: 12.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin mənzərəli bir yerində - “Günəş“ ticarət mərkəzinin yanında təxminən 10 il bundan əvvəl “Ana və uşaq heykəli“ qoyulmuş bir park salınıb. O zamandan bu park sakinlərin istirahət yerinə çevrilməklə yanaşı, qəsəbəyə də yaraşıq verirdi. Lakin həmin park uzun müddət baxımsız qaldığından heykəldə dərin çatlar əmələ gəlib və öz görkəmini get-gedə itirməyə başlayıb. Bu mənzərəni seyr edən sakinlər də heykəlin qopub düşə biləcəyindən narahatdırlar.
Redaksiyamıza daxil olan zənglər əsasında adıçəkilən ünvana yollandıq. Orada gördüyümüz mənzərə bizi də təsirləndirdi. Elə uşaq yaşlarımızdan maraq göstərdiyimiz “Ana və uşaq“ heykəlinin indi bu qədər baxımsız vəziyyətə düşməsini artıq analarımıza qarşı olan hörmətsizliyin bir nümunəsi də hesab etmək olar. Kənardan boz çöllüyü xatırladan parkın geniş sahəsi var. Lakin bu geniş sahə, sadəcə, düzəngah xarakteri daşıyır. Belə ki, parkın oturacaqlarından, uşaq oyun yerlərindən, demək olar ki, heç bir əsər-əlamət qalmayıb. Orada vaxtilə min bir əziyyətlə əkilən ağaclar çoxdan tələf olub. Qalanları isə baxımsızlıqdan artıq ağaca oxşamır. Parkın sağ tərəfindəki şose asfalt yolu boyunca əkilmiş ağaclar da quruyub gedir. Ən acınacaqlı vəziyyət burasındadır ki, şam və küknar ağaclarının diblərindəki münbit torpaqlar gecə ilə torbalara yığılaraq daşınmaqdadır.
Artıq qarşıdan deputat seçkiləri gəlir. Namizədlər seçiciləri ilə həmin parkda heykəllərin qarşısında görüşlər keçirəcəklər. Yəqin izdihamlı və təntənəli görüşlər keçirən namizədlərimiz orada yenə də şirin vədlər verəcəklər və bu durum onları heç maraqlandırmayacaq da. Axı onlar bu parka cəmi 5 ildə bir 1 dəfə, o da seçki ərəfəsi, “vədlər“ zamanı gəlirlər.
Biz həmin yerə çatanda 2 nəfər yaşlı kişinin əllərində torba yarıqurumuş zeytun ağacından zeytun dərdiklərini görüb onlara yaxınlaşdıq. Zahid Abdullayev adlı sakin gəlişimizin məqsədini biləndə belə söylədi: “Belə bir atalar məsəli var: bağa baxarsan, bağ olar, baxmazsan dağ olar.
Təqaüdə baxan adamam. İş qabiliyyətimizi artıq çoxdan itirmişik. Uzun illər hökumətə qulluq etmişik. Artıq bizim dincələn, istirahət edən vaxtımızdır. Buna baxmayaraq bunun üçün nə yer, nə də yurd var. Qalmışıq çarəsiz, binəva. Əlimiz hara çatır ki?! Hərdən üzümüzü tutub bu parka gəlirik. Onda da oturmağa yer tapmırıq. Hər gün televizorda abadlıq işlərindən söz açırlar. Bəs hanı?! Biz niyə o abadlığı görmürük? Bir parkımız var. Belə getsə, o da dağılacaq“.
Sakin İlham Əhmədov boş əraziləri göstərib dedi ki, torpaq töküb, ağac əkib buraları abadlaşdırmırlar: “Biz hamımız burada təmənnasız işləməyə hazırıq. Təki park abadlaşsın. Biz və ailələrimiz də Bakı şəhərində yaşadığımızı hiss edək. Yaxşı olardı ki, oturacaqlar təmir ediləydi, uşaqlar üçün “attraksion“lar quraşdırılaydı, meydançalar tikiləydi. Biz də asudə vaxtlarımızda rahat istirahət edəydik“.
Qələndər, Pərvin

P.S. Təəssüflər olsun ki, həmin əraziyə baxan aidiyyəti qrumların rəhbərləri hər gün bu parkın yanından ötüb keçsələr də, söhbət açılan bərbad durumu ya görmür, ya da görmək istəmirlər. Bizi isə daha çox narahat edən parkın düz ortasında bərbad bir vəziyyətdə olan “ana-uşaq“ heykəlidir. Axı analar müqəddəsdir, deyirik!


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019