Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaradağ RİH birinci rübün hesabatını verib
Tarix: 17.04.2018 | Saat: 17:38:00
Bölmə:Sosial | çapa göndər

Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 9 aprel 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

Hafta.az-a verilən xəbərə görə, yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mixail Zabelin, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 11 aprel 2018-ci il tarixində ölkəmizdə azad, şəffaf demokratik şəraitdə Prezident seçkiləri keçirildiyini bildirərək İlham Əliyevin möhtəşəm qələbəsi ilə yığıncaq iştirakçılarını təbrik edib. O, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübündə ölkədə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərdən söz açıb. Qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir, əldə olunmuş yüksək nailiyyətlər göz önündədir və xalq Prezidentin apardığı işlərə yüksək qiymət verdiyini seçkilərdə öz seçimləri ilə sübut etdilər. "Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın təminatıdır. Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir və Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşamağa səs veriblər" deyib icra hakimiyyətinin başçısı.

S.Mikayılov daha sonra bildirib ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb, ölkəyə xarici investisiyaların gətirilməsi istiqamətində mühüm addımlar atılıb. O, rayonun sosial iqtisadi inkişafını geniş təhlil edərək, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə ətrafında Qaradağ Rayon Enerji Təchizatı və Satışı idarəsinin rəisi Tahir Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr, “Azkomfort” MMC-nin direktor müavini Natiq Babayev tikinti sektorunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair çıxış edərək rayon İcra hakimiyyətinin 2018-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.

İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan danışaraq, ölkə başçısı İlham Əliyev keçirilmiş Prezident seçkilərindəki möhtəşəm qələbəsinin Azərbaycan xalqının sonsuz sevgisi və hədsiz inamı olaraq dəyərləndirib.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında 6 mart 2018-ci il tarixli, Sərəncamına əsasən ölkənin ictimai həyatında səmərəli fəaliyyətinə görə təltif edilmiş Qaradağ Rayonu Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin direktoru Hicran Aydın qızı Xəlilovaya “Tərəqqi” medalı təqdim edilib.

Hesabat yığıncağını yekun sözü ilə bitirən İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayon ictimaiyyətinə ölkə başçısı İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018