Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəhid Həsən Həsənovdan bəhs edən kitab çap olunub – “Vətən aşiqi”
Tarix: 17.04.2018 | Saat: 17:30:00
Bölmə:Gündəm | çapa göndər

Yazıçı-publisist Nəriman Mahmudun “Azərkitab” kitab mərkəzində “Vətən aşiqi” kitabının təqdimatı olub. Kitab 2014-cü ilin yayında düşmən tapdağı altında olan Kəlbəcəri ziyarət edərkən şəhid olan Həsən Həsənovun xatirəsinə həsr olunub.


Hafta.az-ın məlumatına görə, təqdimatda Cəbrayıl Rayon İcra Hakimiyyətininin nümayəndəsi, millət vəkilləri, ictimai-siyasi xadimlər və Həsən Həsənovun ailə üzvləri iştirak edib.


Tədbirin aparıcısı Əlirza Xələfli Həsən Həsənovun ömür yolundan danışıb, onun şəhidlik zirvəsinə gedən yolu barədə kitab yazdığına görə müəllifə təşəkkürünü bildirib.
Cəbrayil rayon icra başçısının müsavini Arif Fərzəliyev Cəbrayıl şəhidləri barədə məlumat verib. O, rayonun erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı 400-ə yaxın şəhid verdiyini vurğulayıb. A.Fərzəliyev Həsənin şərəfli ömür yolu seçməsinə məhz həmin şəhidlərin həyatının səbəb olduğunu deyib.


Kitab barədə danışan müəllif Nəriman Mahmud 2014-cü ilin yayında doğma yurdlarını ziyarətə yollanan və buna görə tanınmamış separatçı “DQR” rejiminin qondarma “məhkəmə”sinin “qərarı” ilə Xankəndi həbsxanasında məhbəs həyatı yaşayan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə düşmən tapdağı altındakı Kəlbəcərə səfər edərkən şəhid olan Həsən Həsənovun adını tarixə yazdığını deyib: “İndi Həsənin 40 yaşı var. Doğrudur, dünyasını dəyişən adamlar haqqında onun doğum günü ilə bağlı danışarkən, adətən “yaşasaydı” ifadəsini işlədirik. Amma şəhidlərin yaşını bu şəkildə ifadə etmək istəməzdim. Şəhidlər, o cümlədən Həsən də zatən yaşayır. Həm də vətənpərvərliyi, şəhidliyi, şəhidpərvərliyi yaşadır”.


Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas “Vətən aşiqi” kitabının dərsliklərə salınmalı olduğunu deyib, gənc nəslin Həsəni tanımağının vacibliyini vurğulayıb: “Həsən işğaldan sonra Qarabağ torpağında öldürülən ilk şəhiddir. Ora səfər edən Dilqəm, Şahbaz, Həsən sərhəddi keçib doğma yurduna ayaq basan ilklərdir. Bu adi hadisə deyil, bundan nə əvvəl, nə də sonra belə hadisə baş verməyib. Təəssüf edirəm ki, yazarlarımız bu mövzuda xəsislik edir. Nəriman Mahmudun bu addımı digər yazarlara da örnək olmalıdır. Hamımız Həsəndən yazmalıyıq”.
Döyüşçü-jurnalist Rey Kərimoğlu Həsən Həsənovun hər kəsə nümunə olacaq həyatından, vətənpərvərliyindən danışıb.
Tədbirdə iştirak edən ictimai-siyasi xadimlər, yazarlar və Həsəni tanıyan digər iştirakçılar onun qeyri-adi vətənpərvərlik hissindən danışıblar. Sonda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun işğal olunmuş bölgələrə səfərindən bəhs edən kadrlarından ibarət film nümayiş olunub.


“Vətən aşiqi” kitabında Həsən Həsənov barədə mətbuatda gedən yazılar, dostlarının xatirələri və müəllifin qeydləri yer alıb.
Qeyd edək ki, aprelin 12-də Həsən Həsənovun doğum günüdür, yaşasaydı 40 yaşı olacaqdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018