Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəmkirdə milli ordunun şəhid kəşfiyyatçısının xatirə foto-albomunun təqdimatı olub
Tarix: 18.04.2018 | Saat: 11:43:00
Bölmə:Bölgə | çapa göndər

Şəmkir Rayon Heydər Əliyev Mərkəzində millət vəkili Sona Əliyevanın təşəbbüsü ilə şəhid Dinar Mustafayevin anım xatirə tədbiri keçirilib.

Hafta.az-adaxilolanməlumatagörə, milliordumuzunkəşfiyyatçısı olanvə döyüş tapşırığını yerinə yetirərkənqəhrəmancasına şəhidolanDinarMustafayevinanımtədbirinə onunailə üzvləri, silahlı qüvvələrimizinzabitheyəti, Dinarındöyüş dostları və Şəmkirictimaiyyətiqatılıb. Fəxri qonaq qismində millət vəkili Qənirə Paşayeva da tədbirə qatılanlar arasında olub.

Şəhidin əziz xatirəsinə həsr olunmuş tədbir mərkəzin əməkdaşı Arzu Həsənovun açılış nitqindən sonra bir dəqiqəlik sükutla yad edilib.

Xatirə tədbiri Aprel döyüşündə göstərdiyi qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış polkovnik-leytenant Raquf Orucovun təşəbbüsü ilə onun komandir olduğu N-saylı hərbi hissədə çəkilmiş “Təki Vətən yaşasın” adlı film ilə başlayıb.

Millət vəkili Sona Əliyeva çıxış edərək bildirib ki, 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərərgah rəisinin əmri ilə döyüş tapşırığı alan Dinar Mustafayev və onun altı yoldaşı elə ilk həmlədə düşmənin xeyli əsgərini və hərbi texnikasını məhv edir. Lakin son anda hərbi sursatları qurtardığından düşmən əlinə keçməmək üçün özlərini əl qumbarası ilə məhv edərək, “Yeddi qardaş” adı ilə şəhidlik zirvəsinə ucalırlar:

“Vətənin keşiyində öz sinələrini sipər edən, bu məğrur Azərbaycan övladlarının cəsədləri 6 aydan sonra alınaraq Vətən torpağında dəfn edildilər. Xalqımızın Ümummilli lideri Heydər Əliyev yurdumuzun müdafiəsi uğrunda müstəsna qəhrəmanlıqlar göstərən şəxslərin xatirəsini daima əziz tutub.Onların şücaətini yüksək qiymətləndirib. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Dinar Mustafayev və onunla birgə döyüşdə həlak olmuş altı yoldaşı ölümlərindən sonra “Azərbaycan bayrağı” ordeni, 2005-ci ildə isə cənab Prezident İlham Əliyev tərəfindən “Vətən naminə” ordeni ilə təltif olunublar”.

Eyni zamanda tədbirdə türk dünyasının araşdırmaçı jurnalisti, “Aprel 2016 Şəhid Ailələrinə Dəstək” ictimai birliyinin həmsədri, “Qalibiyyət” kitabının müəllifi Aidə Eyvazlı, şəhidin sağ qalmış döyüş yoldaşı, Qarabağ qazisi Aqil Əhmədov, Dinar Mustafayevin ailə üzvləri, yaxın qohumları, Şəmkir rayon İcra Hakimiyyətinin müavini, Yeni Azərbaycan Partiyasının Şəmkir filialının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov, şəhidin müəllimləri və sinif yoldaşları çıxış ediblər. Millət vəkilləri Sona Əliyeva və Qənirə Paşayeva da Dinar Mustafayevin anım tədbirində nitq söyləyənlər arasında olub.

Tədbirdə çıxış edənlərin hər biri kəşfiyyatçı şəhidimizin göstərdiyi qəhrəmanlıqdan, Vətən, torpaq sevgisindən onu şəhidlik zirvəsinə aparan şərəfli yoldan söz açıb.

Mərasimin sonunda şəhid Dinar Mustafayevin əziz xatirəsinə hazırlanmış fotoalbom şəhidin ailəsinə və digər qonaqlara təqdim olunub.

Tədbirdə rayon ictimaiətinin idarə heyyəti, Qarabağ qaziləri, Aprel şəhidlərinin ailə üzvləri, N-saylı hərbi hissənin heyyət üzvləri və digər qonaqları da qatılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018