Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ceyranbatan gölü təxribat hədəfi ola bilər
Tarix: 09.10.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

Bakı və Sumqayıt şəhərlərini, Abşeron rayonunun əhalisini içməli su ilə Ceyranbatan gölü təmin edir. Bu su hövzəsi paytaxt və ətrafın yaşayış məskənlərinin şah damarıdır desək, yanılmarıq.
Əhalinin yarıdan çoxunun məhz oradan su içməsi buraya xüsusi strateji əhəmiyyət verib. Allah göstərməsin suya hər hansı xəstəlikyaradan vuris və ya digər zərərli maddələr düşərsə, demək olar ki, minlərlə insanın həyatı təhlükə altına alınmış olar. Ərazi hasara alınsa da, xüsusi qorunan zona elan edilsə də, bunlar hamısı yalnız görüntü xatirinə imiş. Əməkdaşımız reportaj hazırlamaq üçün orada olub və müşahidələr aparıb. Təəssüf ki, ürəkaçan heç nə ilə rastlaşmayıb.
Bizi Allah saxlayırmış
Gölün mühafizəsi ilə bağlı həmin əraziyə getdik. Ceyranbatan qəsəbəsi ilə gölün arasındakı məsafə təxminən 150 - 200 metr olar. Hələ Abşeron rayonunun Xırdalan və Sumqayıt - Bakı şose yolunun üstündə tikilmiş yaşayış binaları, yeni salınmış qəsəbələrdən söz açmırıq. Ətraf qəsəbələrin kanalizasiya, çirkab sularının bu gölün çirklənməsinə nə dərəcədə təsiri ola bilər? Fikrimizcə, buna mütəxəssislər, ekoloqlar daha düzgün izahat verə bilərlər.
Öncə bildirək ki, göl üzük qaşı kimi hasara alınsa da, biz onun ərazisinin xeyli hissəsini sərbəstcə gəzdik. Müşahidələr nəticəsində gördük ki, Ceyranbatan qəsəbəsi tərəfdən gölün ərazisini qamışlıq və mamır basıb. Bu da natəmizliyin əlaməti idi. 3 saata kimi həmin ərazini dolansaq da, heç kəs gözümüzə dəymədi, bir nəfər də olsun bizi saxlayıb bura nə məqsədlə gəldiyimizi soruşmadı. Əgər hər hansı bəd niyyətimiz olsa idi bunu asanca reallaşdıra, gölə hansısa kimyəvi maddə ataraq bir günün içində minlərlə insanı zəhərləyə bilərdik. Müəyyən çəkilişlər də etdik. Lakin nə təhlükəsizlik mühafizəsinə rast gəldik, nə də başqa birisinə. Məgər mühafizə belə olur, biz qorunan ərazi deməklə kimi aldadırıq, özümüzü?
Qəsəbədən su mühafizəsi stansiyasına qədər təxminən 2 kilometr məsafəni piyada qət etdik. Dəmir barmaqlıqdan ibarət hasarlar arasında olan göl şose yolundan açıq-aydın görünürdü. Hətta hasardan keçib gölə getmək, orada çimmək və hətta istəsən balıq da tutmaq olardı. Çünki yiyəsizlik idi. Gölün sahilində yaşıl meşə örtüyü, şam və küknar ağacları quruyub sıradan çıxdığından həmin ərazilər çılpaq görünürdü. Çılpaq yerlərdə isə ağcaqanad yuvasına çevrilən qamışlıqlar bitib, xırda gölməçələr əmələ gəlib. Axı göl hər tərəfdən meşə zolağı ilə örtülməlidir ki, çirklənmənin qarşısını ala bilsin, külək əsəndə ətraf tozu, çirkabı gölə tökə bilməsin. Gölün mühafizə stansiyasının giriş qapısından içəri daxil olanda, nəhayət ki, 3 mühafizəçi ilə görüşdük. Onlar Abşeron rayon polis mühafizə şöbəsinin əməkdaşları idi. Onlara buradakı baxımsızlıqla bağlı sual verəndə isə dedilər ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edin: “Bizim vəzifəmiz gölə yuyunmağa gələnləri qoymamaq, göldə balıq ovunun qarşısını almaqdır. Biz sizi içəri buraxa bilmərik“. Halbuki biz artıq 4 saata yaxın idi ki, gölün ətrafını gəzib-dolaşmış, lazım olan qeydlərimi etmiş, hələ istənilən qədər fotoşəkillər də çəkmişdik.
Üzümüzü aidiyyəti qrumlara tutub deyirik: xalqın taleyinə bu qədər biganəlik olurmu? Sizə verilən bu səlahiyyəti lazımınca niyə icra etmirsiniz? Çünki dünyanı artıq qarşısıalınmaz, yoluxucu xəstəliklər ağuşuna alıb. O cümlədən düşmənlərimiz də az deyil. Belə çıxır ki, onlar istədikləri təxribatı törədə, gölə hər hansı xəstəliktörədici - kiməyəvi maddələri asanca ata bilərlər? Aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Ümid edirik ki, qeyd etdiyimiz problemlər həmin qurumlar tərəfindən araşdırılacaq, əgər istəsələr və lazım bilsələr, onların da mövqelərini dərc etməyə hazırıq.
Qələndər, Pərvin


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019