Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Erməni ziyalıları “Qarabağ klanı”nı heç vaxt qəbul etməyib” – Tofiq Zülfüqarov
Tarix: 18.04.2018 | Saat: 17:30:00
Bölmə:Siyasət | çapa göndər

“İrəvandakı silsilə mitinqlər prosesində nələrin baş verəcəyini zaman göstərəcək. Ermənistanda ictimai-siyasi gərginlik onsuz da çoxdan var idi. Baş verən ümumxalq aksiyalarının əsas səbəbi ondan ibarətdir ki, xaricdən gələn “Qarabağ klanı” Ermənistanda hakimiyyəti zəbt edib. Bütün bunlar məişət səviyyəsindən tutmuş iqtisadi, siyasi səviyyələrdə yerli ermənilər arasında gərginlik yaradırdı. Demək olar ki, heç vaxt erməni ziyalıları, Ermənistan ictimaiyyəti qarabağlıları qəbul etməyib. Bu baxımdan hər bir siyasi hadisədə ermənilərlə qarabağlılar arasında bu konflikti aydın şəkildə görürük. İndi də həmin hadisələrin təkrarlandığını istisna etmirəm”.

Bunu hafta.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Ekspertin sözlərinə görə, Ermənistanda “Qarabağ klanı”na qarşı ümumxalq mitinqlərinin hansı istiqamətdə cərəyan edəcəyi və nəticələri haqda danışmaq tezdir:

“Bu haqda nəsə demək çətindir. Həmişə olduğu kimi hakimiyyətdəki “Qarabağ klanı”na ən sadiq qüvvələr Qarabağdandır. Hətta bir neçə dəfə işğal altındakı Qarabağdan İrəvana qoşunlar yeridilib. Bəlkə də bu hadisələr yenidən təkrarlana bilər. Amma hiss olunur ki, bu ciddi şəkildə yaranmış böhrandır. Baş verən hadisələrlə eyni ərəfədə Ermənistanda yeni bir oyunçu ortaya çıxdı. Doğrudur, bu oyunçunu ortaya çıxardan da keçmiş prezident Serj Sarkisyanın özüdür. Yeni seçilmiş Sarkisyan soyadlı prezident “Qarabağ klanı”na aid deyil. Bu baxımdan səlahiyyətlər bölgüsündə də mövcud problemlər ortaya çıxır. Yəni, “Qarabağ klanı”nı təmsil edənlə bu klanı təmsil etməyən adam arasında vəzifə bölgüsü hansı şəkildə aparılacağı maraq doğurur. Mən burada baş naziri və prezidenti nəzərdə tuturam. Bunlar isə hazırda İrəvanda baş verən ümumxalq mitinqlərinin pərdə arxasında baş verən proseslərdir. Bütün bunların nə ilə nəticələnəcəyini isə zaman göstərəcək. Hesab edirəm ki, Azərbaycan Ermənistanda baş verənləri diqqətdə saxlamalıdır. Qarabağdan gələn və hakimiyyəti mənimsəmiş “Qarabağ klanı” təbii ki, Azərbaycanın ərazi bütövlüyünün düşmənləridir”.

Tofiq Zülfüqarov deyir ki, hazırda Qərb və Şərq arasında qarşıdurma mövcuddur. Bu da müxtəlif bölgələrdə müxtəlif hadisələr fonunda özünü göstərməkdədir. Cənubi Qafqaza gəldikdə görürük ki, Ermənistanla bağlı Qərbin və Rusiyanın müxtəlif konsepsiyaları var:

“Artıq uzun müddətdən sonra Kreml İrəvanda həm iqtisadi, həm də siyasi təhlükəsizliyi təmin edən qüvvə idi. Rusiyada Qərblə qarşıdurma ortaya çıxandan sonra müəyyən siyasi cizgilər əmələ gəlir. Yəni, Rusiyanın iqtisadi baxımdan yardıma böyük ehtiyacı olan ölkə kimi Ermənistanın tələblərini ödəmək istəyi yoxdur. İndiki məqamda Qərbin Ermənistanın iqtisadi istəklərini ödəməyə hazır olması ilə bağlı cizgiləri yaranır. Eyni zamanda, bir mövzu da açıq qalıb; yəni, belə bir vəziyyətdə işğalçı ölkənin siyasi və iqtisadi təhlükəsizliyini kim təmin edəcək. Ehtimal olunur ki, Qərb iqtisadi məsələlərdə Ermənistanda dominant olacaq”.

 

Ekspertin sözlərinə görə, təhlükəsilik və hərbi məsələlərdə Rusiyan qarant missiyasında qalacaq:

“Bu siyasi cizgilərin sxemini biz bu və ya digər şəkildə görürük. Ermənistandakı siyasi elitanın Rusiyadan uzaqlaşdığını görürük. Hətta iqtisadi elita da Moskvadan aralana bilər. Yəni, indiki hadisələr məhz bunu göstərir. Bu da o deməkdir ki, Ermənistan yeni siyasi reallıqlara yaxınlaşır. Təbii ki, hazırki baş verən proseslər hələlik bu siyasi reallığın cizgilərini formalaşdırır. Hadisələrin axarının hansı yönə istiqamətlənəcəyini görmək üçün bir qədər gözləməliyik”.

Qeyd edək ki, on gündən artıqdır ki, Ermənistanda sadə vətəndaşlar keçmiş prezident Serj Sarkisyanın qeyri-qanuni yollarla baş nazir postuna yiyələnməsinə qarşı etiraz aksiyası keçirir. Ümumxalq mitinqində səsləndirilən şüarlardan məlum olur ki, narazı kütlə və ya xalq Serj Sarkisyanın öz hakimiyyətinin uzunömürlülüyünü təmin etmək üçün konstitusiyada baş nazirin səlahiyyətlərini artıran düzəlişlər edib. Aksiya iştirakçıları isə bunun erməni xalqına xəyanət olduğunu bildirirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018