Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu il Naxçıvanda 524 mln. manatlıq ÜDM istehsal edilib
Tarix: 19.04.2018 | Saat: 10:54:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 524 mln. 186 min manatdan artıq olub ki, bu da bir il öncəki müvafiq göstəricidən çoxdur.

Hafta.az-ın Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artaraq 1156 manatı ötüb. 

Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 54,1% təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5%, əsas kapitala yönəldilən vəsaitlər 2,7%, kənd təsərrüfatı məhsulu 3%, nəqliyyat sektorunda yük daşınması 1,8%, informasiya və rabitə xidmətləri 1,6%, o cümlədən mobil rabitə xidməti 1,9% artıb.



Bölməyə aid digər xəbərlər
24.05.2018 Qızıl bahalaşıb

Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018