Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ səfirliyi Ermənistanla bağlı xəbərdarlıq etdi
Tarix: 19.04.2018 | Saat: 11:48:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdarlıq yayıb.

“ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər”- deyə, xəbərdarlıqda bildirilib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarksyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. Ölkə parlamenti aprelin 17-də S.Sarksyanı baş nazir seçib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018