Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meksika səfiri Dövlət Miqrasiya Xidmətinin rəisi ilə görüşüb
Tarix: 19.04.2018 | Saat: 11:51:00
Bölmə:Sosial | çapa göndər

Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə görüşüb.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, diplomat Azərbaycanın Meksikanın regionda mühüm tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkə arasında olan siyasi və ticarət əlaqələrinin inkişafının vacibliyini bildirib. Bundan əlavə, Meksika Milli Miqrasiya İnstitutunun fəaliyyəti və strukturu haqqında məlumat verərək, onun tərəfdaşı olan Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə müxtəlif fəaliyyət növləri üzrə əməkdaşlıq imkanlarını vurğulayıb.

F.Nəbiyev isə bildirib ki, Dövlət Miqrasiya Xidməti miqrantların təhlükəsiz, nizamlı və müntəzam hərəkətinə zəmanət verir. Bundan başqa, o qeyd edib ki, sözügedən dövlət qurumu bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu da Meksikanın Milli Miqrasiya İnstitutu ilə əməkdaşlığa maraq göstərməsinə bir səbəbdir. Hansı ki, bu sahədə münasibətlərin inkişafına imkan verərək iki ölkə arasında təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl təcrübəyə qarşı bir addım olardı.

Bununla əlaqədar, səfir deyib ki, Meksika miqrasiya məsələlərini əhatə edən müxtəlif beynəlxalq sənədlərinin iştirakçısıdır, və təhlükəsizlik sxemi ilə miqrantların ehtiyaclarını artırmaq məqsədilə, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qlobal təhlükəsiz, nizamlı və müntəzam miqrasiya sazişinının mövcud olduğunu söyləyib. Diplomat qeyd edib ki, Meksikanın ABŞ-la sərhədindən hər gün 1 milyon insan və 400 min nəqliyyat vasitəsi keçir, bu isə təhlükəsiz, nizamlı və müntəzam miqrasiyanın yalnız Meksika üçün deyil bütün dünya üçün mühüm bir məsələ olduğunu göstərir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018