Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İki gün Bakının əsas yolları bağlanacaq
Tarix: 19.04.2018 | Saat: 14:24:00
Bölmə:Sosial | çapa göndər

Nərimanov rayonu Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adıçəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

 Paytaxtda yol infrastrukturunun yenidən qurulması ilə bağlı olaraq aparılan təmir-tikinti işləri çərçivəsində sabah gecə saatlarından isə Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək (mərkəz istiqaməti) olan hissəsində hərəkət qısa müddətlik qismən məhdudlaşdırılacaq.

 “Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018