Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xətaidə 81 minə yaxın sakin tibbi müayinədən keçib
Tarix: 19.04.2018 | Saat: 15:00:00
Bölmə:Sosial | çapa göndər

Ölkə Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri davam edir. Fevralın 10-dan başlayan aksiya paytaxtın Xətai rayonunda da mütəşəkkil qaydada gedir.

Hafta.az xəbər verir ki, rayon icra hakimiyyətindən  verilən məlumata görə, indiyə qədər 80,6 min nəfərdən çox sakin müayinədən keçib, onlardan 8,2 min nəfəri ambulator, 361 nəfər stasionar müalicəyə cəlb edilib.

Rayon sakinləri rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ tibbi müayinələrdən keçirlər. Xəstəxana və poliklinikalarda həkimlərdən ibarət səyyar briqadalar əvvəlcədən tərtib olunmuş qrafikə əsasən idarə və təşkilatlarda, məktəblərdə olur, həmçinin müayinə olunmağa gələ bilməyən yaşlı və qocalara, eləcə də yataq xəstələrinə evlərində xidmət göstərirlər.

Müayinə tədbirləri mayın 10-dək davam edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018