Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan ictimaiyyətində antimilli qüvvələrə yer yoxdur – İctimai düşüncə
Tarix: 19.04.2018 | Saat: 16:58:00
Bölmə:Siyasət | çapa göndər

Aprelin 18-də ölkə başçısı İlham Əliyev Milli Məclisdə and içdi. O, əlini Azərbaycan Respublikasının Konstitusiyasına və Qurani-Şərifə basaraq bundan sonrakı prezidentlik dövründə də Azərbaycan xalqının, dövlətimizin bütün sahələrdə qarantı olacağını bildirdi.

Ölkə başçısı andiçmə mərasimindən sonra nitq söylədi. Prezidentin nitqində diqqət çəkən məqamlardan biri də özlərini müxalifət adlandıran qüvvələrlə bağlı idi. Dövlət başçısının sözlərinə görə, budəfəki seçkilər bir daha göstərdi ki, anti-milli qruplaşmanın Azərbaycanın siyasi səhnəsində yeri yoxdur:

“Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

Prezidentin bu fikirlərini şərh edən millət vəkili Məlahət İbrahimqızı hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycan ictimaiyyətində, ölkə cəmiyyətində anti-milli qüvvələrə yer yoxdur. Ölkə ictimaiyyəti bu qüvvələrin arxasınca getmir. Çünki onların sosial bazası yoxdur:

“Onları dəstəkləyənlər də yox dərəcəsindədir. Həmin qüvvələr dəfələrlə mitinq keçiriblər, amma həmin aksiyalara yaxın qohumları və ailə üzvlərindən başqa kimlərinsə gəldiyini görmürük. Mən bu məsələdə mənfur qonşularımızı nümunə gətirmək istəmirəm. Amma Ermənistanda da müxalifət var. Görürsünüzmü, minlərlə, on minlərlə insan küçələrdədir. Deməli, mənfur qonşularımızda belə müxalifətin hansısa bazası var. Hətta müxtəlif bölgələrdə belə onlar mitinqlər keçirə bilərlər. Amma özünü müxalifət adlandıran anti-milli qüvvələrin heç bazaları da yoxdur. Onları Azərbaycan cəmiyyəti sevmir, Milli Şura adlanan dərnəyə heç müxalifət kimi də baxmırlar. Xalq onları ictimai asayişi pozan qüvvələr kimi görür. Onlar xaricdən idarə olunur. Keçirdiyi mitinqlərdə də ancaq Avropa Birliyinin bayrağını dalğalandırırlar. Ölkə başçısı da çox düzgün qeyd etdi ki, artıq onlar çoxdan tarixin zibil qutusuna atılıblar. Seçkidən seçkiyə “mən varam” deməklə müxalifət olmur”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda ağlı başında olan heç kəs İlham Əliyev kimi prezidentə müxalifətdə dayanmaq istəməz:

“Çünki möhtərəm prezidentimiz dünya səviyyəsində qəbul olunan, hörmət edilən, sevilən liderdir. Bu regionda, Türk dünyasında, ayrı-ayrı beynəlxalq təşkilatlarda da belədir. Onun kimi güclü lideri olan ölkədə kim anti-milli qüvvələrin arxasınca getmək istəyər?! Özlərini müxalifət adlandıranları müxalifət kimi qəbul etmək olmaz. Bu gün Xalq-İlham Əliyev, Xalq –iqtidar birliyi var. Hər kəs prezidentə yardımçı olmağa can atır. Onun yürütdüyü siyasət isə Azərbaycanı işıqlı sabaha aparır”.

Millət vəkili Sona Əliyeva isə hesab edir ki, anti-milli qüvvələrin bu onilliklər ərzində özlərini təsdiq etməməsi reallıqdır:

“Bunu bütün Azərbaycan görür. Özlərini müxalifət adlandıran həmin qüvvələrin, onları təmsil edənlərin fəaliyyəti də göz qabağındadır. Birmənalı şəkildə qeyd edə bilərəm ki, Azərbaycanda həmin qüvvələr özlərini təsdiqləyə bilməyib. Düşünürəm ki, yaxın gələcəkdə də belə bir hal baş verəsi deyil. Onların haradan maliyyələşdiyi haqqında heç kəs dəqiq bir söz deyə bilməz. Amma müəyyən dairələrin təsiri olmadan onlar bu cür göstəriş, davranış sərgiləyə bilməzlər. Xalqın onlara da, iqtidara da münasibəti göz qabağındadır. Xalq arasında bir söz var, elin gözü tərəzidir. Biz seçkilər ərəfəsində xalqın içində idik və bunu gördük. Xalq yekdilliklə öz işıqlı sabahına səs verdi. Xalq öz seçimini öz istəyinə uyğun etdi. Azərbaycan xalqı öz liderinə yenə etimad göstərdi və onu növbəti yeddi il üçün prezident seçdi. Müxalifət uduzacaqlarını əvvəlcədən duyduqları üçün 11 aprel seçkilərinə qatılmadı.Onlar yaxşı bilirlər ki, özlərini təsdiqləyə bilmirlər. Məhz prezident seçkilərinə qatılmamaları da bunun göstəricisi idi”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018
“Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir” - İlham Əliyev
DİN-də kollegiya iclası keçirilib - FOTO
Ali məktəblərə daxil olmuş sağlamlıq imkanları məhdud gənclərlə görüş olub - FOTO
Beynəlxalq Maliyyə Korporasiyası ilə müzakirələr aparılıb
Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır - Ali Baş Komandan
BNA "Bilik günü" ilə bağlı sosial aksiya keçirib - VİDEO
Ovçuluq təsərrüfatında partlamamış hərbi sursatlar tapılıb - FOTO
Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasına baxış keçirilib - FOTO
Təhsil naziri “Bilik günü”ndə internat məktəbində olub - FOTO
Oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb