Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bu layihələr uzun illər Azərbaycan xalqına xidmət edəcək” - Azər Badamov
Tarix: 19.04.2018 | Saat: 17:44:00
Bölmə:Siyasət | çapa göndər

Ölkə başçısı İlham Əliyev aprelin 18-də Milli Məclisdə növbəti yeddi il üzrə səlahiyyət müddətinə başlaması münasibəti ilə and içdi. Andiçmə mərasimindən sonra ölkə başçısı 2003-2017-ci illərdə görülən işlərdən danışdı. Bildirdi ki, biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik:

“Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir”.

Ölkə başçısı onu da bildirib ki, 2012-ci ildə bu layihəyə start verilib. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçib:

“Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü bu il istifadəyə veriləcəkdir – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP. Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək”.

Ölkə başçısının səsləndirdiyi fikirləri şərh edən millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanın təşkilatçılığı ilə reallaşdırılan qlobal enerji nəqletmə layihələri uğurla öz töhvələrini verməkdədir:

“Ölkəmiz artıq Avropa məkanı üçün əvəzolunmaz, yeni enerji məkanı kimi özünü təqdim etməyi bacarıb. Öz növbəsində Qərb də bunu çox müsbət qarşılayıb. Azərbaycan müstəqil ölkə kimi həm neft, həm də qaz ixracında öz enerji resurslarının nəqletmə xəttlərini Avropaya çəkib. Bu xəttlərin inşasına 40 milyard dollar sərmayə qoyulub. Artıq müəyyən miqdarda enerji resurslarımız Avropaya ixrac olunmaqdadır. Hal-hazırda Cənub Qaz Dəhlizinin tikintisi yekunlaşmaq üzrədir. Düşünürəm ki, ilin sonuna qədər işlərin yekunlaşması başa çatacaq. Layihə icra olunacaq. Azərbaycan tərəfində olan “Şahdəniz-2” layihəsi artıq hazır vəziyyətdədir. TANAP lahiyəsində 90 faizdən yuxarı işlər görülüb. TAP layihəsində isə 68-70 faiz işlər yekunlaşıb. Bu o deməkdir ki, Azərbaycan Avropa qitəsinə qırılmaz boru xətləri ilə, sarsılmaz bağlarla bağlanıb. Eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolu layihəsi də Azərbaycanı Avropa ilə birləşdirir”.

Millət vəkili bildirib ki, bütün bu layihələr gələcək prespektivdə Azərbaycanı Avropa məkanı üçün əvəzolunmaz tərəfdaşa çevirəcək:

“Bu layihələr uzun illər Azərbaycan xalqına xidmət edəcək. Ölkəmizə gəlirlər gətirəcək. Bundan əlavə, bizim təşkilatçılığımız və maliyyəmizlə reallaşdırılan bu layihələrə Asiya ölkələri də qoşulacaq. Çəkilişi başa çatmaqda olan Cənub Qaz Dəhlizi layihəsi vasitəsi ilə Xəzər dənizdə İranla müştərək şəkildə emal ediləcək qazın nəqli də nəzərdə tutulub. Düşünürəm ki, bu layihəyə gələcəkdə Türkmənistan da qoşulacaq. Asiya ölkələrindən bir çoxu bu layihəyə maraq göstərir. Ümid edirəm ki, gələcəkdə onlar da bu layihəyə qoşulacaqlar. Azərbaycanda və Asiya ölkələrində son damla qaz və neft istehsal edilənə qədər bu layihədən xeyir və mənfəət əldə edəcəyik. Düşünürəm ki, yaxın gələcəkdə bu layihələrin hər biri əvəzolunmaz alternativə çevriləcəkdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018