Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Göstərişlər qəbul edilmir" Azərbaycanda
Tarix: 19.04.2018 | Saat: 18:46:00
Bölmə:Mədəniyyət | çapa göndər

İlk Latın Amerika Kino Festivalının çərçivəsində və Meksikanın Azərbaycandakı səfirliyinin mədəni təşviq proqramının bir hissəsi olaraq bu gün Dillər Universitetinin akt zalında “Göstərişlər qəbul edilmir” adlı Meksika istehsalı olan filmin nümayişi keçirilib.

Hafta.az yazır ki, rejissoru məşhur Meksika komediyaçısı Euxenio Derbes olan “Göstərişlər qəbul edilmir” filmi heç bir qayğısı olmayan Valentin (Euxenio Derbes) adlı bir cavanın hekayəsi haqqında bəhs edir. Onun unudulmuş sevgisi Julie (Jessica Lindsey), bir yaşında Meqqi adlı körpə ilə onu ziyarət edir. Julie Valentini "arzuolunmaz atalığı" ilə baş-başa qoyub çıxıb gedir. Valentin uşağı geri qaytarmaq üçün əlindən gələn hər şeyi etməyə qərar verir. O, Los Ancelesə səfər edir və bir sıra bədbəxt hadisələr sonra tanınmış Hollivud prodüseri (Daniel Raymont) onu kaskadior vəzifəsinə təyin edir. 7 il ötür və Meqqinin (Loreto Peralta) artıq atası ilə səmimi bir əlaqəsi var. Lakin Julie geri dönür və qızını qaytarmaq istəyir. Valentinin qızını anasına qaytarmaq üçün etdikləri onu saxlamağa görə edəcəkləri ilə muqayisədə heç nədir.

“Göstərişlər qəbul edilmir” filminin aktyoru, rejissoru və ssenaristi Euxenio Derbes yalnız Meksikada deyil, ABŞ-da da rekord qıran filmin uğuru barədə öz təəccübünü bildirib. “Göstərişlər qəbul edilmir” filmi ABŞ bazarında tayvan filmi "Pələng və Əjdaha", italiya filmi "Həyat gözəldir" çin filmi "Qəhrəman"-dan sonra ən çox uğur qazanan filmlər arasında 4-cü yer tutur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018