Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün 4 təyyarə qəzasında 303 sərnişin həlak olub
Tarix: 20.04.2018 | Saat: 16:30:00
Bölmə:Maraqlı | çapa göndər

Bu gün tarixdə hava yolları üçün uğursuzdur. İndiyədək məlum dörd təyyarə qəzası yaşanıb. Bunlardan birincisi, 1967-ci il aprelin 20-də “Swiss Britannia” şirkətinə aid sərnişin təyyarəsi Kanadanın Toronto şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədəki sərnişinlər və bütün ekipaj – ümumilikdə 126 nəfər həlak olub.

İkinci dəhşətli qəza 1968-ci il aprelin 20-də Cənubi Afrika Hava Yollarına məxsus “Boeing 707” təyyarədə yaşanıb. Təyyarə Vindhoek şəhərindəki hava limanından qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə 122 nəfər dünyasını dəyişib.

Üçüncü hadisə 1978-ci il aprelin 20-də baş verib. Cənubi Koreya Hava Yollarına məxsus “Boeing 707” tipli sərnişin təyyarəsini SSRİ qırıcıları Murmansk yaxınlığındakı donmuş gölə - buz qatının üstünə enməyə məcbur edir. Eniş zamanı iki sərnişin həlak olub, 107 nəfər isə sağ qalıb.

Daha bir acı hadisə 1998-ci il aprelin 20-də baş verib. ”Air France” şirkətinə məxsus “Boeing 727-200” təyyarəsi Kolumbiyanın paytaxtı Boqota şəhərindən qalxdıqdan az sonra Cerro El Cable dağlarına çırpılıb. Qəza zamanı 53 nəfər həlak olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018