Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “növbədə duran seçicisi” - HƏFTƏ REYTİNQ
Tarix: 20.04.2018 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

“Seçki məntəqəsində səs vermək üçün 20 dəqiqə növbədə durdum...”. Bunu MSK-nın aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında YAP icraçı katibinin müavini Siyavuş Novruzov söylədi. “Namizədlər də deyirlər ki, onlar hər hansı problemlə üzləşməyiblər. Beş gün əvvəl Azərbaycana gələnlər reallığı necə bilə bilərlər? Mən prezidentin səlahiyyətli nümayəndəsi kimi, seçki məntəqəsində səs vermək üçün 20 dəqiqə növbədə gözləmişəm. Bu, seçkinin hansı səviyyədə keçdiyini göstərir”, - deyə YAP nümayəndəsi bildirib.


Həftənin “99 yaşlı “Dostluq” ordenlisi”


Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi “Dostluq” ordeni görkəmli ədib, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadənin yeganə varisi - 99 yaşlı qızı Feyzavər Alpsara təqdim olundu. Ordeni və yaxa nişanını Feyzavər Alpsara Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təqdim edib. Təqdimat mərasimdə Hüseynzadə irsinin qorunmasında əvəzsiz xidmətləri olan, İstanbulda fəaliyyət göstərən azərbaycanlı rəssam Teymur Rzayev, Feyzavər Alpsarın vəkili Fuat Topdəmir və İstanbul Universitetinin professoru İbrahim Yıldırım iştirak ediblər. Feyzavər Alpsar deyib:”Xoşbəxtəm. Çox sag olsun cənab Prezident, mənə göstərilən hörmətin fərqindəyəm. Azərbaycan xalqı məni unutmur, hər zaman diqqət və qayğılarını hiss edirəm. Kaş atam sağ olaydı, onunla Azərbaycana gedəydim. Onun üçün çox darıxıram...”.


Həftənin “amerikaşünası”


ABŞ-ın “Freedom House” təşkilatının MDB ölkələrindəki demokratiyanın vəziyyəti barədə yaydığı yeni məruzədə Azərbaycanda demokratik durumla bağlı neqativ fikirlər səslənməsinə münasibət bildirən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bütün bunlarda erməni təsiri altında olan ABŞ-ı günahlandırdı: “…Vaxtilə dediklərimi bir daha təkrar edirəm ki, Amerikanın Azərbaycana qarşı siyasətində erməni xətti var. Görünən odur ki, dünyaya öz prinsiplərini diktə edən ABŞ ölkəmizə qarşı daxilində bu cür mövqe tutan təşkilatlara, şəxslərə qarşı iradə ortalığa qoymur. Bu, hər kəsdə böyük təəssüf doğurur. Mənə elə gəlir ki, hazırkı Amerika prezidenti daha çox müstəqildir, erməni diasporu və beynəlxalq təşkilatların təsiri altında deyil. Ümid edirəm ki, yaxın zaman kəsiyində Tramp imkan tapıb bu cür mövqe sərgiləyənlərə qarşı özünün iradəsini ortaya qoyacaq, Azərbaycana qarşı qərəzli mövqeyin Amerikadan bu və ya digər təşkilatlar tərəfindən davam etməsinə son verəcək...”.


Həftənin “MTN-şünası”


Məşhur “deputat mandatı” qalmaqalıyla bağlı məhkəməsinin ədalətli keçirilib-keçirilməməsi ilə bağlı “Yeni Müsavat” oxucularından gələn suallara cavabında sabiq deputat Gülər Əhmədova o zaman keçmiş rektor Elşad Abdullayevin arxasında ləğv olunmuş MTN-nin durduğunu söylədi: “...Göstərilən videonun əsli deyildi. Amma bunu göydə qəbul etdilər. Çünki işin arxasında böyük qüvvə var idi. Amma indi o qüvvə yoxdur. Allah o qüvvəni toz kimi yox etdi. Elşad Abdullayevin arxasında dayanan qüvvəni, MTN-i nəzərdə tuturam.Mən işarə ilə hərdən demişəm, amma ilk dəfədir ki, belə açıq danışıram. Elşad Abdullayev necə gizli çəkiliş apara bilərdi? Mənim evimdə axtarış gedir. Yaxşı, mənim işimi prokurorluq aparır, onların işçiləri də axtarış keçirirdi. MTN işçilərinin bu axtarışda, mənim evimdə nə işi vardı? ..”.


Həftənin “sərxoş reperi”


“Space” TV-də yayımlanan “Qarşı-qarşıya” verilişində qalmaqallı anlar yaşandı. Proqramda iştirak edən reper Anar Nağılbaz tənqid hədəfinə tuş gəlib. Belə ki, onun verilişə içkili gəlməsi qonaqlardan biri - yazar Anar Vəziroğlunu özündən çıxarıb. O, reperə “Sən nə günə düşmüsən, niyə bu gündəsən?” - deyib. Reper isə bunun qarşılığında xəstəlikdən əziyyət çəkdiyini üçün spirtli içki qəbul etdiyini söyləyib. Anar Vəziroğlu isə onunla razılaşmayıb, proqram boyunca adaşını tənqid edib. Reper sərxoş olduğundan verilişdə bir neçə dəfə mənasız yerə gülüb.


Həftənin “əsəbi müğənnisi”


“ARB Ulduz”un “Virtual Həyat” verilişinin qonağı olan əməkdar artist Nüşabə Ələsgərli əsəbi olduğunu dilə gətirdi: “...Jurnalistlər sual verirlər mənə. Onlara cavab verirəm. Cavabın ardınca deyirlər ki, bu da öldü özünü reklam eləməkdən. Sual verirsiz, cavab verirəm də. Ona görə də jurnalistlərdən xahiş edirəm ki, nə siz sual verin bu barədə, nə də mən cavab verim. Çünki sual qalır bir tərəfdə, hamı cavabı müzakirə etməyə başlayır. Mənə əsəbiləşmək olmaz. Çılğınam, coşuram. İstəmirəm ki, tamaşaçı məni o vəziyyətdə görsün…”.


Həftənin “Prezident limuzini”


Rusiya Prezidenti Vladimir Putinin avtomobili “Avto.ru” saytında 8,5 milyon rubla satışa çıxarıldı. Elanda belə deyilir: “2003-cü il buraxılışı olan göyrəngli zirehli “Mercedes-Benz Pullman W220 S600” limuzini şəxsi kolleksiyadandır. Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir. Nəqliyyat vasitəsi xüsusi sifarişlə hazırlanıb. Kremlin qarajında olub və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin hakimiyyəti vaxtında istifadə edilib”.


Həftənin “azərbaycanlı milyarder oğlu”


Sankt-Peterburqdakı azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişovun 18 yaşlı oğlu bahalı avtomobillə drift etdi. Gənc oğlan Rasim Məmişov “Ferrari” markalı avtomobilini “Instagram” səhifəsində paylaşıb. Lüks həyatını sosial şəbəkələrdə nümayiş etdirən Rasim Məmişov bahalı avtomobili ilə sürət yarışına çıxıb. Dubayda çəkilən görüntülərdə azərbaycanlı milyarder oğlu sürətli şəkildə avtomobili idarə edir. R.Məmişov “Instagram”da “Moşnıy apparat” deyə qeyd yazıb.


Həftənin “mərhumu”


ABŞ-ın sabiq prezidenti “böyük” Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında vəfat etdi. Bu barədə çərşənbə günü “Reuters” məlumat yayıb. Bundan əvvəl KİV Barbara Buşun vəziyyəti pisləşməsinə baxmayaraq, həkimə müraciət etmədiyini yazırdı. Prezidentin sabiq həyat yoldaşı xroniki obstrüktiv ağ ciyər xəstəliyindən əziyyət çəkib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018