Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meksika səfirliyi Beynəlxalq Festivalda iştirak edib
Tarix: 20.04.2018 | Saat: 18:20:00
Bölmə:Mədəniyyət | çapa göndər

Meksikanın ölkəmizdəki səfirliyi Meksika ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirmək məqsədilə ADA Universitetinin İllik Beynəlxalq Festivalında iştirak edib. 

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, bu, Meksika səfirliyinin tədbirdə üçüncü iştirakıdır. 2011-ci ildən etibarən bu tədbir xalqlar arasında mədəniyyətlərarası dialoqun təşviqi üçün hər il keçirilir. Tədbirin vacibliyi ildən-ilə daha çox diqqət cəlb etməsi və daha çox qonaq və iştirakçıları bir araya gətirməsidir.

Festival çərçivəsində, səfirlik Meksika mədəniyyətinin ənənəvi elementləri, tipik oyuncaqlar, dekorativ əşyalar, musiqi aləti olan maraka və sombrero ilə bəzədilmiş stendlə təmsil edilib. Bundan əlavə, qonaqlara Meksika qastronomiyasının kiçik bir nümunəsi təqdim olunub. Səfirlik tələbələrə və qonaqlara müxtəlif ölkələrin mədəniyyətlərini öyrənmək imkanını verməsini, həmçinin Azərbaycanın multikulturalizmini təbliğ edən ADA Universitetinin işini müsbət dəyərləndirir.

Meksikanın vəziyyətində, multikulturallıq tarixən böyük immiqrant axını olmasından irəli gəlir. Həmçinin, Meksikada yaşayan aborigen xalqların hüquqlarının hörmət edilməsi və tanınması nəzərə çarpılır. Meksika yerli aborigen əhalinin sayına görə dünyada səkkizinci yer tutur və Amerika qitəsinin ən çox yerli əhalisi olan ölkəsidir. Meksikanın Yerli Aborigen Xalqlarının İnkişafı üzrə Milli Komissiyası ilə Statistika və Coğrafiya Milli İnstitutunun məlumatlarına görə, 2010-cu ildə 14 milyondan çox əhalisi olan 62 aborigen kəndi mövcud idi. Bu da ümumi əhalinin 12,5 faizini təşkil edir. Hazırda Meksikada 69 milli dil var və bunlardan 68-i yerli aborigen, qalan biri isə ispan dilidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018