Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Cəmiyyətdə psixi xəstələrə qarşı fərqli münasibət var
Tarix: 09.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Hər il oktyabrın 10-u bütün dünyada Ümumdünya Psixi Sağlamlıq günü kimi qeyd olunur. Bu gündə psixi pozğunluqlar barədə daha açıq müzakirələrin aparılması, onların qarşısının alınması və müalicəsinə yatırımlar qoyulması təbliğ edilir.
Bu ilin Ümumdünya Psixi Sağlamlıq gününün mövzusu “Psixi sağlamlıq və xroniki fiziki xəstəliklər“dir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakı nümayəndəliyindən aldığımız məlumata görə, ümumdünya səhiyyə sorğularının nəticələrinə görə, depressiya sadalanan digər xroniki xəstəliklərlə müqayisədə insan səhhətinin pisləşməsinə daha çox təsir göstərir. Bir və ya daha çox xroniki xəstəliklə müşayiət olunan depressiya ölkə üzrə sağlamlıq səviyyəsinin aşağı düşməsini əks etdirir və bu göstəricilər dünya üzrə ölkədən-ölkəyə o qədər də çox dəyişmir.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, ÜST-ün texniki dəstəyi ilə yeni psixi sağlamlıq strategiyası hazırlanıb. Strategiyanın prioritet sahələrindən biri də psixi sağlamlıq xidmətlərinin ilkin tibbi xidmətlərə daxil edilməsidir. Bununla xroniki xəstəlikləri olan insanların ilkin səhiyyə xidmətlərinin göstərildiyi yerlərdə psixi sağlamlıq xidmətlərindən istifadə etmə imkanları genişlənəcək.
Yeri gəlmişkən, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər üçün krizis telefon xətti“ də psixi problemləri olan gənclərin xidmətindədir. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, beynəlxalq tövsiyələrə uyğun olaraq fəaliyyət göstərən xətt “Gənclərə dost“ xidmətidir ki, onun da mövcudluğu ərzində 20 mindən çox müraciət olunub. Müəyyənləşdirilib ki, zəng vuran şəxslərin 80 faizini qadınlar təşkil edir. Xidmətə müraciət edən gənclərin ən çox üzləşdiyi problemlər sırasında isə şəxslərarası münasibətlər, ailədə konfliktlər, sağalmaz xəstəlik haqqında diaqnoz, yaxın adamın itkisi, məşğulluq problemləri, gəncə qarşı zorakılıq, alkoqola və narkotikə qurşanmaq və bu kimi məsələlər yer alıb. Krizis xəttinin əsas məqsədi böhran vəziyyəti yaşayan gənclərə təcili psixoloji yardım göstərmək, özünə və ətrafdakılarına qarşı təhlükəli ola biləcək əməllərin qarşısını almaq, böhranın əmələ gəlməsi ilə əlaqədar faktorları araşdırmaqdır. Həftə içi fəaliyyət göstərən 510-66-36 telefon xidməti pulsuzdur və məxfilik tam təmin olunur. Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz ölkənin baş psixiatrı, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli Azərbaycanda hər il 80 mindən çox adamın psixi sağlamlıq üzrə yardıma ehtiyacının olduğunu deyir. Onun sözlərinə görə, psixi cəhətdən sağlam olmayan insan heç vaxt fiziki cəhətdən sağlam ola bilməz: “Halbuki insanlar daha çox fiziki sağlamlığa diqqət yetirir. Əlbəttə, fiziki sağlamlığa can atmaq müsbət haldır, bununla belə, məhz psixi sağlamlıq durumu qaydasında olanda insan öz daxili potensialını, aktivliyini həyata keçirə bilər. Psixi sağlamlıq dedikdə çoxlarının təsəvvüründə canlandırdığı sırf psixiatrik xəstəliklər nəzərdə tutulmur. Yəni təəssüflər olsun ki, “psixi sağlamlıq“ anlayışı çox vaxt dəliliklə və buna bənzər anlayışlarla əlaqələndirilir. Cəmiyyətdə psixi xəstələrə qarşı fərqli münasibət var. Mən psixi xəstələrin hüquqları məsələsini xüsusi vurğulamaq istərdim. Belələri hər bir dövlətin tamhüquqlu vətəndaşlarıdır. Çox vaxt psixi xəstələrin hüquqları yaxınları tərəfindən əllərindən alınır. Ətrafdakılar üçün problem yaratmasalar da, aylarla xəstəxanada qalmağa məcbur edilirlər“. Son vaxtlar artan psixi xəstəliklər sırasında ilk növbədə depressiya, həyəcan, təşviş xarakterli nevrozların olduğunu deyən baş psixiatrın sözlərinə görə, stressdən, xüsusən travmalardan, ailədaxili münaqişələr, bədbəxt hadisələrdən sonra yaranan psixi pozuntular da son zamanların aktual xəstəlikləri sırasındadır. Şizofreniya, epilepsiya kimi klassik xəstəliklərin faizi isə o qədər də artmayıb.
G.Gəraybəyli Səhiyyə Nazirliyinin ÜST-ün texniki dəstəyi ilə psixi sağlamlıq üzrə yeni strategiya və strategiyanın prioritet sahəsindən biri olan psixi sağlamlıq xidmətlərinin ilkin səhiyyə xidmətinə inteqrasiyası layihəsinin hazırlandığını dedi. Həmin sənəddə bir çox istiqamətlər, o cümlədən gənclərin psixi sağlamlığı, psixo-profilaktika və bu kimi vacib məqamların əks olunduğunu bildirdi.

Naibə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019