Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Formula-1": Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
Tarix: 23.04.2018 | Saat: 10:42:00
Bölmə:İdman | çapa göndər

Nextgen-Auto, Fransa
23.04.2018

Müəllif: Emmanüel Tuzo

Daniel Rikkiardo uğurlu seriyaya malikdir. Çünki o, Çindəki qalibiyyətinin ardından 2017-ci ildə qələbə qazandığı Bakıya gedəcək. Avstraliyalı pilot nadir halqalardan saydığı Bakı halqasında yenidən birinci olacağına ümid edir.

“Bakı halqası digər şəhər halqalarından çox fərqlidir. Orada çətin keçiləcək bir neçə hissə var”, - deyə o bildirib: “Hətta deyərdim ki, orada belə yerlər çoxdur. Bakıdan fərqli olaraq, Monakoda və Sinqapurda belə hissələr yoxdur”.

Rikkiardo fikrini belə davam etdirib: “Bakıda ən həssas məsələ tormozlama ilə bağlıdır. Bu yolda əyləcdən istifadəni zəruri edən bir çox nöqtə var. Həmin hissələri səmərəli keçmək, bunun üçün isə əyləci mümkün qədər gec basmaq lazımdır. Belə məqamlarda səhvə yer yoxdur. Əyləci basan zaman təkərlərdən biri bloklanarsa, divara dəyəcəksən. Deyərdim ki, Bakı halqasının əsas çətinliyi tormozlama zamanı lazımi həddi tutmaqdır. Bunun üçün özünə inanmalısan”.

Rikkiardonun sözlərinə görə, Bakı halqasındakı birinci və ikinci döngədən sonra düz xətt başlayır. “Bu düz xətlə hərəkətin sonunda yenə dönməlisən və bu zaman görürsən ki, divar getdikcə yaxınlaşır. Bu zaman instinktin “Əyləci bas! Əyləci bas!” deyir. Bu anda tormozlamaya daha gec başlamaq üçün özünə inamın olmalıdır. Bakının əsas çətinliyi tormozlama nöqtələrinin üzərinə inamla getməkdir. Üstəlik, bu, yüksək sürətli trasdır. Monako halqası o qədər də sürətli deyil. O, əsasən döngələr üzərində qurulub. Bir sözlə, Bakıda tormozlamadan asılı olursan”, - deyə pilot bildirib.

Rikkiardo bir şəhər halqası üçün belə çətinliklərin nadir hal olduğunu düşünür. Azərbaycanda 2017-ci ildə keçirilmiş möhtəşəm yarışı xatırlayan pilot deyib: “Bu cür halqaları sevmək, ona hörmət etmək və başa düşmək lazımdır. Mən bilirəm ki, sürətli olmaq üçün həddini bilməlisən. Amma yanlış bir addım atsan, səni dərhal yaxalayacaqlar. Ötən ilki Bakı yarışı bir çoxları üçün möhtəşəm alındı. Komanda ötən həftə Şanxayda olduğu kimi, orada da dahi strategiya tətbiq etdi, yarış zamanı əla qərarlar verdi. Bəs bunun mənə qələbə gətirəcəyini düşünürdümmü? Qətiyyən yox! Lakin qarşımdakı pilotlar milçək kimi yox olurdu”.

“Ötən il Bakıda bir neçə uğurlu ötmə əməliyyatı etdim bundan sonra müsbət dinamikanı qoruyub saxladım. Çox sevincli idim. Bu, hər zaman xatırlayacağımız möhtəşəm, əyləncəli yarışlardan biri idi”, - deyə Rikkiardo bildirib.

Fransız dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018