Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Kapital bazarları vasitəsilə maliyyələşmə və korporativ idarəetmə”
Tarix: 23.04.2018 | Saat: 12:40:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Gəncədə “Kapital bazarları vasitəsilə maliyyələşmə və korporativ idarəetmə” mövzusunda tədbir keçirilib.

ASK-dan Hafta.az-a verilən məlumata görə, Gəncə-Qazax iqtisadi rayonunda çalışan 70-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Palatanın və Bakı Fond Birjasının əməkdaşları təqdimatlarla çıxış ediblər. Təqdimatlar “Kapital bazarları vasitəsilə maliyyələşmə”, “Listinq məsləhət proqramı”, “Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”, “Maliyyə bazarlarında investorların hüquqlarının müdafiəsi və maarifləndirilməsi” mövzularını əhatə edib.

ASK-ın vitse-prezidenti Vüqar Zeynalov sahibkarları klassik maliyyələşmə mənbələrinə alternativ olaraq kapital bazarları vasitəsilə maliyyələşmə imkanlarından yararlanmağa çağırıb. Kapital bazarlarına həsr olunmuş çıxışda Palatanın mütəxəssisləri tərəfindən qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyaları, fond birjasında listinqə çıxış, korporativ idarəetmə, eləcə də kapital bazarına aid digər məsələlər barədə məlumatlar verilib.

Bakı Fond Birjasının Biznesin İnkişafı qrupunun nümayəndəsi təqdimatında “Listinq Məsləhət Proqramı” haqqında danışıb. Qeyd edilib ki, insanların kapital bazarları barədə məlumatsızlığını aradan qaldırmaq üçün Bakı Fond Birjası tərəfindən “Listinq Məsləhət Proqramı” yaradılmışdır. Bu proqram çərçivəsində maliyyə bazarları vasitəsilə maliyyələşmək niyyətində olan, lakin bu bazar haqqında məlumatı olmayan şirkətlərə tam ödənişsiz əsaslarla peşəkar dəstək göstərilir.

Tədbirin sonunda Palata və Bakı Fond Birjasının əməkdaşları sahibkarları maraqlandıran sualları cavablandırıblar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018