Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qarabağ”dan 6-cı çempionluq
Tarix: 23.04.2018 | Saat: 13:26:00
Bölmə:İdman | çapa göndər

Topaz Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib. 

Hafta.az-ın məlumatına görə, XXIV turun oyunlarından sonra Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionu titulunu qazanıb.

"Qarabağ" səfərdə “Sumqayıt”ı Dani Kintananın qolu sayəsində 1:0 hesabı ilə məğlub edərək Premyer Liqanın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

Bununla da Ağdam təmsilçisi ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olublar. "Qarabağ" həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.

Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.

Mövsüm

Çempion

1992

“Neftçi”

1993

“Qarabağ”

1993/94

“Turan”

1994/95

“Kəpəz”

1995/96

“Neftçi”

1996/97

“Neftçi”

1997/98

“Kəpəz”

1998/99

“Kəpəz”

1999/2000

“Şəmkir”

2000/01

“Şəmkir”

2001/02

yarımçıq qalıb

2002/03

Keçirilməyib

2003/04

“Neftçi”

2004/05

“Neftçi”

2005/06

“Bakı”

2006/07

“Xəzər Lənkəran”

2007/08

“İnter”

2008/09

“Bakı”

2009/10

“İnter”

2010/11

“Neftçi”

2011/12

“Neftçi”

2012/13

“Neftçi”

2013/14

“Qarabağ”

2014/15

“Qarabağ”

2015/16

“Qarabağ”

2016/17

“Qarabağ”

2017/18

“Qarabağ”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018