Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanın Hindistana yeni təyin olunmuş səfiri ilə AZTA-da görüş keçirilib
Tarix: 23.04.2018 | Saat: 14:10:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkəmizin səfirlik və nümayəndəlikləri ilə əməkdaşlığını genişləndirir. 

Hafta.az-ın yazdığına görə, Assosiasiyanın idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov Azərbaycanın Hindistanda yeni təyin olunmuş səfiri Əşrəf Şıxəliyevlə görüşüb. Görüş zamanı son illər Azərbaycanda hər sahədə olduğu kimi, turizm sahəsində də əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri müzakirə olunub. G.Qəhrəmanov səfirə yanvar ayında Hindistanda assosiasiyanın nümayəndiliyinin açılması haqqında məlumat verib və qeyd edib ki, nümayəndəlik ölkəmizə turist axınıın artırılması istiqamətində ciddi işlər görür. 

Səfir öz növbəsində bu addımı yüksək qiymətləndirərərək fəaliyyəti dövründə AZTA-nın Hindistana həyata keçirəcəyi bütün layihələrə, eləcə də turist axınının təmin olunmasını dəstəkləyəcəyinə söz verib. 

AZTA-nın fəaliyyətinin genişləndirməsində məqsəd, hökümətin 2018-ci il birinci rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı prezident İlham Əliyevin turizm sahəsinin inkişafı, eləcə də turist axının artırılması istiqamətində səylərin artırılması haqqında tapşırığının həyata keçirilməsindən ibarətdir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018