Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hökumətlərin əhaliyə borcu kəskin yüksəlib - BVF hesabat verib
Tarix: 23.04.2018 | Saat: 17:14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Beynəlxalq Valyuta Fondunun (BVF) təxminlərinə görə, günümüzdə 11 ölkənin ictimai borcunun (ölkələrin daxilində hökumətin əhaliyə olan borcu) həcmi ümumilikdə 1 trilyon dollardan artıqdır. Siyahıya 22,1 trilyon dollarla ABŞ başçılıq edir. İkinci və üçüncü pillələrdə isə müvafiq şəkildə 12,2 trilyon dollar borcla Yaponiya və 7,2 trilyon dollar borcla Çin qərar tutub.

Dünya üzrə ictimai borcun 2018-ci ilin sonunda 71,3 trilyon dollara çatacağı gözlənilir. Rəqəmin belə yüksək olmasına isə qlobal iqtisadi böhranla əlaədar 30,7 trilyon dollarlıq borc artımı təsir göstərib. Onu da qeyd edək ki, qlobal iqtisadi tənəzzül dövründə böyük sıxıntılarla üz-üzə qalan ölkələr, istər Mərkəzi Bankları, istərsə də daxili məhsul istehlakı və yatırılan sərmayələri dəstəkləyən ictimai təşviqləri ilə böyümə sürətini saxlamağa çalışıb. Amma təəssüf ki, belə vəziyyət borclanmanın səviyyəsini yüksəldib. Hətta bir çox beynəlxalq iqtisdi-maliyyə qurum və təşkilatları bəzi ölkələrin borclanmasında yaranan böhrandan əndişələnərək xəbərdarlıq da ediblər. Son olaraq BVF sədri Kristin Lagarde bu yönümdə narahatlıqlarını ifadə edib.

BVF təxminlərinə görə, qlobal ictimai borc 2018-ci ilin sonunadək 71 trilyon 325,4 milyard dollar yüksələcək. Bu zaman dünyanın ümumi milli gəliri isə 86 trilyon 802,1 milyard dollar olacaq. Deməli, qlobal ictimai borc dünya milli gəlirinin 82,2 faizinə bərabər olacaq.

Yuxarıda borcluların başında gələn 11 ölkənin siyahısında ilk üçlükdə ABŞ, Yaponiya və Çinin qərar tutduğunu qeyd eləmişdik. Siyahıya əsasən 4-cü yeri İtaliya (2,8 trilyon dollar), Fransa (2,8 trilyon dollar), Almaniya (2,5 trliyon dollar), Böyük Britaniya (2,5 trilyon dollar), Hindistan (2 trilyon dollar), Braziliya (1,9 trilyon dollar), Kanada (1,6 trilyon dollar) və İspaniya (1,5 trilyon dollar) tutur.

İctimai borcun səviyyəsi 2008-ci ildə başlayan iqtisadi böhran zamanı ən çox ABŞ-da artıb – 11,2 trilyon dollar. Amma borclanma o il ərzində başa çatmadı və bu günədək davam edən 10 il ərzində bu miqdar artaraq 22,1 trilyon dollara çatıb. Çində də vəziyyət belədir: 2008-ci ildə bu ölkənin ictimai borcu 1,2 trilyon dollar olsa da, 10 il ərzində miqdar 6 trilyon dollar artaraq 7,2 trilyon dollara yüksəlib.
Son 10 il ərzində ictimai borcunun artım sürəti böyük olan ölkələrin siyahısı belədir: Yaponiya 3 trilyon dollar, Böyük Britaniya 1,1 trilyon dollar, Hindistan 1 trilyon dollar, Braziliya 818,8 milyard dollar, İspaniya 809,6 milyard dollar, Fransa 801,5 milyard dollar, Kanada 505,9 milyard dollar və Avstraliya 501,9 milyard dollar.

Amma bu 10 il ərzində ictimai borclanmanın səviyyəsini azaldan ölkələr də var. Təxminən 14 ölkədə borclanmanın azaldığı deyilir ki, bu siyahıya da Norveç başçılıq edir. Məlumata görə, Norveç bu qısa müddətdə ictimai borcunu 55,9 milyard dollar azalda bilib. Belə yüksək müsbət nəticə əldə edən ölkələrdən ikincisi isə Türkiyədir. Qardaş ölkə hökumətinin yürütdüyü siyasət nəticəsində ictimai borcun həcmi 38,8 milyard dollar aşağı düşüb. Türkiyədə ictimai borc milli gəlirin 27,8 faizini təşkil edir.

Xatırladaq ki, Türkiyənin illik milli gəliri 909,9 milyard dollar, ictimai borcları isə 252,9 milyard dollardır.

İctimai borcun səviyyəsini endirən digər ölkələr Konqo, Niderland, Yamayka, Macarıstan, Liberiya, Honkonq, Seyşel adaalrı, Qvineya Bisau, İslandiya, Əfqanıstan, Sent Kitts, Nevis və Kamordur.

BVF-nin hesablamasına görə, illik məhsul istehsalı baxımından yanaşanda borclanmada Yaponiya liderdir. Bu ölkənin ictimai borcunun həcmi illik milli gəlirindən 236 faiz artıqdır. Yaponiyanı bu siyahıda Yunanıstan təqib edir. Yunanıstanın ictimai borcunun həcmi milli gəlirdən 191,3 faiz, 3-cü pillədə qərarlaşan Sudanın borcu isə 176,5 faiz çoxdur.

İctimai borcun səviyyəsinin milli gəliri keçəcəyi gözlənilən ölkələrin siyahısı isə belədir: Venesuela, Livan, İtaliya, Eritreya, Barbados, Yəmən, Yaşılburun adaları, Portuqaliya, Qambiya, Konqo, Sinqapur, Mozambik, ABŞ, Belçika və Butan.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018