Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İçərişəhərdə uşaq rəsm qalereyası açılıb
Tarix: 23.04.2018 | Saat: 17:37:00
Bölmə:Mədəniyyət | çapa göndər

İçərişəhərdə “М-galeri” adlı uşaq rəsm qalereyası açılıb.

Hafta.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Qasımova ilk ekspozisiyanı tədbir iştirakçılarına təqdim edib. O, İçərişəhərdə yeni qalereyanın açılmasını mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, İçərişəhərdə xalqımızın qədim memarlığı və mədəniyyəti cəmlənib, dünya və yerli əhəmiyyətli 500-dək abidə, tarixi dəyərə malik 453 yaşayış evi yerləşir. İçərişəhər Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Uşaqlara emalatxanasında sənətin sirlərini öyrədən Xalq Rəssamı Arif Hüseynov, habelə sənətşünaslıq doktoru, professor Röya Tağıyeva əmindirlər ki, balaca müəlliflər bir neçə ildən sonra tanınmış rəssam olacaqlar. Onlar uşaqlara yaradıcılıq uğurları arzulayıblar.

Ekspozisiyada Ağasəlim və Mədinə Abdullayevlərin 50 əsəri təqdim edilib. Onlar “DA’ART” Təsviri İncəsənət Mərkəzində Dilarə Atakişiyevadan sənətin sirlərini öyrənirlər. 2007-ci ildən fəaliyyət göstərən “DA’ART”ın rəhbəri Dilarə Atakişiyeva hər bir uşağın istedadına, fantaziyasına, təxəyyülünə fərdi yanaşır. Hesab edir ki, Ağasəlim və Mədinədə fitri istedad var. Onlar rəngi yaxşı hiss edirlər ki, bu da özlüyündə böyük istedaddır. Uşaqların rəsmləri onların daxili aləminin təcəssümü olmaqla işıqlı və ürəkaçandır.

Uşaqlar dünyaya yaradıcı yanaşır və onların rəsm çəkmək sevgisi ətraf aləmlə qarşılıq münasibətin formalarından biridir. Uşaq şəkil çəkərkən fantaziyalaşdırmağı, düşünməyi və öz fərdiliyini göstərməyi sevir. Ən yaxşı və maraqlı işlərin qutuda, qovluqda qalmayıb dünyaya nümayiş etdirilməsi çox vacibdir. Rəsm qalereyası da bu məqsədlə açılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018