Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Enerji qənaətli, enerji təminatlı - metronun yeni qatarı
Tarix: 23.04.2018 | Saat: 17:55:00
Bölmə:Sosial | çapa göndər


“Bakı Metropoliteni” QSC ilə Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti arasında bağlanmış müqaviləyə əsasən alınan 2 qatardan biri artıq sərnişinlərin istifadəsinə verilib.


Hafta.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.


O bildirib ki, 5 vaqondan ibarət olan qatarın istismar müddəti 31 ildir: “Qatar ölkə rəhbərinin iştirakı ilə aprelin 20-də xəttə buraxılıb. Digər qatar may ayında Azərbaycana gətirləcək. Yeni qatarlar bir çox üstünlüyünə görə əvvəlkilərdən fərqlənir. Xüsusilə sərnişinlər üçün maraqlı olan kondisioner sisteminin olmasıdır. Qatarların vaqonları arasında keçid var, oturacaqları fərqlidir. Qapıların geniş olması sərnişinlərin vaqonlara rahat minib-düşməsinə şərait yaradır. Bu qatarlar ən son nəslə aiddir.


Həmçinin, yeni qatarların hər bir vaqonunda 16 olmaqla, ümumilikdə 80 ədəd USB portu var. Vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər”.


N.Paşayev qeyd edib ki, yeni qatarlar sərnişin tutumu daha çoxdur: “Ən əsası əlində yükü olan, fiziki imkanları məhdud insanların əlil arabaları üçün də yer var”.


Şöbə müdiri deyib ki, istismar müddəti başa çatdıqca, metropolitenin parkı yenilənəcək.
Yeni qatarlar maşınistlər üçün də əlverişlidir. Onlarla söhbətimizdə bildirdilər ki, bu qatarlar yeni və daha rahat mexanizmə malik olduğu üçün onları idarə etmək də köhnələrdən asandır.


N.Paşayev deyir ki, həmin qatarları idarə etmək üçün xüsusi ixtisaslı xarici mütəxəssislər gələrək təlim keçiblər:

“Həmin qatarları xüsusi təlim keçən yerli maşınıstlər idarə edəcəklər”.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə "Transmaşholdinq" QSC-yə daxil olan "Metrovaqonmaş" ASC arasında müqavilə imzalanıb. Alınan qatarların istismar müddəti 31 ildir. "81-765/766" modelli qatarlar iki baş və üç aralıq vaqondan ibarətdir və texniki innovasiyalar baxımından bu qatarlar 4-cü nəslə mənsubdur.


Yeni vaqonların əsas üstünlüklərindən biri, qapıların əvvəlki modellərə nəzərən daha geniş olmasıdır. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm-dir. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Bu mənada, qapıların açılıb-bağlanarkən yeni tipli işıqsiqnallı xəbərdarlıq sistemi ilə təchiz olunmasını da qeyd etmək lazımdır.


Ümumən, yeni vaqonlar bir çox innovativ üstünlükləri ilə də seçilir. Vaqon konstruksiyasında müasir asinxron dartı ötürücüsündən istifadə olunub, bu da qatarın əvvəlki nəsil analoqları ilə müqayisədə, daha etibarlı, ekoloji cəhətdən daha təmiz olmasını, daha keyfiyyətli səs və istilik izolyasiyasını təmin edir, istismar xərclərinin azalmasına səbəb olur. Bu mənada, məhz bu qatar üçün səsboğucu konstruksiyalı yeni alçaq gərginlikli təkər cütlərinin hazırlanmasını da qeyd etmək lazımdır. Bu da hərəkət edən qatarın səsinin kifayət qədər azalmasına təsir edir.

Onu da əlavə edək ki, yeni texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət edilməsi də mümkün olacaq. Yeni qatarların sərnişin salonlarında kondisionerləşdirmə, havalandırma və mikroiqlim nəzarəti sistemi var. Bu xüsusda, daha etibarlı və uzunömürlü diodlu işıqlanma sistemi salonun mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Döşəməsi yeni kompozit materiallardan hazırlanıb, bu da vaqonun çəkisinin azaldılmasına kömək edir.


Baş vaqonlarda arabalar, hətta velosipedlər üçün yer də ayrılıb. Bundan başqa, sərnişin salonu daha da təkmilləşdirilib və əvvəlki modellə müqayisədə, 15 faiz genişləndirilib, oturacaqları və tutacaqları sərnişinlər üçün daha münasib edilib və artırılıb. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri də yeniliklərlə zənginləşdirilib. 2015-ci ildə Bakı metropoliteninə gətirilmiş yeni tipli qatarlar kimi, bu hərəkət tərkiblərində də vaqonlar arasında keçid var.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018