Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xocalı qurbanlarının qatili Sarkisyan hakimiyyətdən qovuldu
Tarix: 23.04.2018 | Saat: 19:50:00
Bölmə:Dünya | çapa göndər

Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Бu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. “Sizə dövlət başçısı kimi sonuncu dəfə müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən səhv etmişəm. Yaranmış vəziyyətdə bir neçə çıxış yolu var idi. Lakin mən onların heç birinə getmirəm. Mən ölkənin rəhbəri vəzifəsini tərk edirəm”, – deyə Serj Sarkisyan bildirib. Xatırladaq ki, Sarkisyanın baş nazir seçilməsi əleyhinə etiraz aksiyaları aprelin 13-dən keçirilir.

Дünən оnminlərlə insan Yerevanın küçələrində Serj Sarkisyanın istefası tələbi ilə etiraz aksiyalarına qatılıb. Tələbələr, hətta ağaxalatlı həkimlər çiyin-çiyinə verib sıx cərgələrlə Yerevanın mərkəzi ilə yürüş keçiriбlər.

Serj Sarkisyanın istefası çağırışları ilə yanaşı, dünən həbs edilib naməlum istiqamətdə aparılan etiraz hərəkatının lideri Nikol Paşinyanın adını səsləyiбlər. "Çoxları etiraz hərəkatı liderinin taleyindən narahatdır. Tələbələr əllərində "Nikol mənəm, sənsən, odur. Bütün erməni xalqını həbs edin", - vərəqələrini tutub", - ББЪ-нин мцхбири Alexey Manvelyan deyir. Onun sözlərinə görə, hər yandan avtomobil siqnalları eşidilir: "İnsanlar küçələrə çıxarılan çoxsaylı polis qüvvələrindən qorxmur. Nümayişçilər polisi onlarla birləşməyə çağırırlar".

Etiraz aksiyaçıları liderlərsiz qalsalar da, bazar günü axşam keçirilən mitinq daha izdihamlı olub. Dünənki mitinqdə 100 mindən çox adam iştirak edib. "Etiraz aksiyalara liderliyi Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının üzvləri ələ alıb. Bu partiyanın bir millət vəkili Lena Nazaryan həbs olunmayıb. Bir-birini əvəz edənlər çoxdur. Görünür, qabaqcadan bu barədə düşünüblər. Mitinqdə çıxışlarında onlar deyirlər: "Yəqin, sabahadək məni həbs edərlər, amma hərəkat davam etməlidir", - BBC Azərbaycanın müxbiri qeyd edir.

Polis 270-dən çox etirazçının saxlanıldığını deyir. O cümlədən, digər millət vəkilləri - Sasun Mikaelyan, Ararat Mirzoyan və bir neçə aksiyanı əlaqələndirən fəallar həbs olunub - Alexsey Manvelyan bildirib.

Aprelin 22-də Ermənistanın baş naziri Serj Sarkisyanla onun istefasını tələb edən etiraz hərəkatına rəhbərlik edən Nikol Paşinyanla danışıqları 3-4 dəqiqə çəkib. Serj Sarkisyan danışıqları tərk edib. Bundan sonra Yerevanda polis qüvvələri səs qumbaraları və başqa xüsusi vasitələrdən istifadə edərək və kobud güc tətbiq edərək, Serj Sarkisyanın baş nazir vəzifəsində yenidən hakimiyyətə gəlməsinə qarşı etiraz yürüşünü dağıdıblar.

Yerevanda onlarca hərbçi дя sabiq prezident Serj Sarkisyanın baş nazir postuna seçilməsinə etiraz edən aksiya iştirakçılarına qoşulub. Рespublikanın Müdafiə Nazirliyi müxalifətin mitinqlərində iştirak edən hərbçilərə qarşı tədbirlər görüləcəyini və onların cəzalandırılacağını bildirib. Bu gün bərpa olunan etiraz aksiyaları eyni vaxtda bir neçə qrup tərəfindən keçirilir. Yürüşlərdən biri Yerevan Dövlət Universitetinin qarşısından başlayıb.

“Bu günlərdə Ermənistanda baş verənlər ümumən Ermənistan Dövlətinin 1991-ci ildə qurulduğu ərəfədə bünövrəsində buraxılmış çox ciddi səhvlərin nəticəsidir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, bu səhvlər aradan qaldırılmayana qədər, Ermənistanı bu cür böhranlar çox ciddi şəkildə silkələyəcək: "Bu proses Ermənistan üçün böyük faciələr gətirəcək. Ermənistanın qonşu dövlətlərə torpaq iddiası, sivil adı və orta əsrlər təfəkkürü ilə dövlət və cəmiyyət qurmaq siyasəti sonunda əhalinin köçməsinə, ölkənin digər xarici dövlətlərdəki qüvvələrin əlaltısına çevrilməsinə və cəmiyyətin öz hakimiyyətinə qarşı ciddi müqavimətinə gətirib çıxaracaq. Bu gün Yerevan küçələrinə çıxıb, etiraz edənlər normal həyat tərzi yaşamaq istəyən gənclərdir. Onlar Ermənistanın Qarabağ iddiasını, Serj Sarkisyanın hakimiyyət həvəsini, erməni cəmiyyətinin müəyyən qüvvələrin alətinə çevrilməsini qəbul edə bilmirlər. Onlar qonşu dövlətlərlə normal münasibətdə yaşamaq, müharibəsiz həyat sürmək istəyirlər. Ermənistan gəncləri Qarabağ cinayətkarı, cani, Xocalı faciəsində əli qana batan Serj Sarkisyanın yenidən onlara rəhbərlik etməsini istəmirlər. Bu gün Ermənistanda polis tərəfindən təhdid edilən və Sarkisyan hakimiyyətinə qarşı etiraz edən böyük bir kütlə var. Onlar ömürlərini müharibəyə, səfalətə sərf etmək istəmirlər. Mən güman edirəm ki, Ermənistanda baş verənlər, ilk növbədə, Ermənistanın keçmiş ağır tarixi günlərindən xilas olmaq cəhdidir. Yerevan hadisələri göstərir ki, Ermənistanı bundan sonra köhnə qaydalarla, köhnə fəlsəfə, köhnə dövlətçilik təfəkkürü ilə idarə etmək mümkün olmayacaq".

“Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sarkisyan hiyləgər gediş etdi. Əvvəlcə radikal müxalifətin lideri, deputat Nikol Paşinyanla neytral zonada - oteldə görüşə razılıq verdi, daha sonra bu görüşü televiziya ekranları qarşısında reallaşdırdı, görüşü yarımçıq tərk edərək dünya və Ermənistan ictimaiyyətinə mesaj yolladı ki, rəqibi qanunları saymır, ona qarşı ölçü götürüləcək. Artıq “ölçü” götürülüb, Paşinyan və onun deputat həmkarları həbs olunublar”.

Bunu ися politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bundan sonra Ermənistandakı hadisələr iki ssenari ilə gedəcək: “Birinci ssenari mitinqləri təşkil edən şəxs həbs olunduğundan, mitinq və küçə yürüşləri getdikcə səngiyəcək, çünki polisə “vur” əmri də verilib. Sarkisyan insanları qətlə yetirmək hesabına belə hakimiyyətini qoruyacaq. İkincisi, Paşinyanın yerini əvəz edən tapılacaq və müxalifət birləşərək, Serj Sarkisyana qarşı müqaviməti gücləndirəcək. Hadisələrin birinci ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırıram. Çünki, müxalifət Paşinyana ilk gündən dəstək vermədisə, indi onun boşalan yerini əvəz etməyə çalışmayacaq. Bu yol digər müxalifət liderlərini də Paşinyanın yanına – həbsə aparır. Bütün hallarda heç kimin gözləmədiyi halda Paşinyan təkbaşına ortaya güc qoydu və bu amil Serj Sərkisyana gələcəkdə yeni problemlər yaradacaq”.

“Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sarkisyan qan tökməsə və bütün Ermənistanı özünə qarşı qaldırmasa vəziyyəti hansısa bir şəkildə nəzarətdə saxlamaq imkanları var”, - bunu ися politoloq Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, Sarkisyan qan töksə, onun vəziyyəti çətin olacaq: “Nə olub-olmayacağını demək çətindir. Sabah onlar qondarma erməni soyqırımını qeyd edəcəklər. Beləcə küçələrə yüzminlərlə adam çıxacaq. Bunun cilovlanması, tədbirin hansı şəkildə həyata keçiriləcəyini söyləmək bir qədər çətindir. Ermənistanda qondarma erməni soyqırımınının qeyd edilməsi beynəlxalq ictimaiyyətin marağında deyil. Çünki hər kəs öz işi ilə məşğuldur. Onları daha çox indiki Ermənistanda narahat edir və maraqlandırır. Beynəlxalq ictimaiyyəti 100 il bundan öncə olub-olmayan hadisələr maraqlandırmır”.

“Düşmən ölkənin yeni baş naziri Serj Sarkisyan elə düşünürdü ki, ölkədə hakimiyyət dəyişikliyindən sonra rahat şəkildə öz vəzifəsini icra edəcək. Lakin buna nail ola bilmədi. Artıq Ermənistanda vəziyyət nəzarətdən çıxıb”. Bu fikirləri ися politoloq Fikrət Sadıqov deyib.

Etiraz aksiyalarının artıq kütləvi hala çevrildiyini deyən politoloq söyləyib ki, əgər bu hal bir neçə gün davam edərsə, o zaman Ermənistanda vəziyyət daha da ağırlaşacaq: “Bildiyiniz kimi, etiraz aksiyaları İrəvandan başqa ərazilərdə də geniş yayılmaqdadır. Əgər bu aksiyalar bir neçə gün də davam etsə, o zaman düşünürəm ki, Sarkisyan nəzarəti tamamilə itirəcək. Belə olan halda, yeni baş nazirin taleyi də həll olunacaq”. Ermənistanda baş verənlərin cəbhədəki vəziyyətə təsirinə gəlincə, F. Sadıqov söyləyib ki, artıq düşmən ölkə təmas xəttində gərginlik yaratmağa cəhd edir.
Politoloq qeyd edib ki, Ermənistanda baş verənlərin fonunda təmas xəttində gərginliyin yaradılması gözləniləndir: “Çünki Ermənistan hakimiyyəti çətin vəziyyətlərə düşdükdə, belə vasitələrə əl atmaqla insanların fikrini yayındırmağa çalışır. Bu baxımdan hazırda Ermənistan hakimiyyəti etirazçılara sübut etməyə çalışır ki, guya onlarda hakimiyyət zəiflədikdə Azərbaycan onları atəşə tutur, onlara qarşı təxribatlar törədir. Bu onların təbliğat maşının tərkib hissəsidir. Bu baxımdan düşmən ölkə artıq bu istiqamətdə fəaliyyətə başlayıb”.
“Kadans” estrada-musiqili teatrının təsisçisi və icraçı direktoru Nika Babayan “Ermənistanın əməkdar mədəniyyət xadimi” fəxri adından imtina edib.

Babayan buna səbəb kimi ölkədə etiraz hərəkatı başladan müxalif liderlərin həbsini göstərib. “Hakim partiyanın qanunsuz əməllərinə, ölkədəki vətənpərvərlərin, ədalətli ümumxalq hərəkatının liderlərinin həbsinə etiraz əlaməti olaraq bundan sonra “Ermənistanın əməkdar mədəniyyət xadimi” fəxri adını daşımağımın mümkün olmadığını hesab edirəm”, - Babayan qeyd edib.

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018