Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistanı ayağa qaldıran casus fəaliyyəti
Tarix: 24.04.2018 | Saat: 17:15:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanda təxminən bir həftədir davam edən üsyan bəhrəsini verdi: yenicə baş nazir kürsüsünə oturan Serj Sarkisyan istefasını bəyan edərək hökumət binasını tərk elədi. Hələlik onu bu vəzifədə başqası əvəzləyir. Amma müvəqqətidir, yaxınlarda kiminsə seçiləcəyi şübhəsizdir. Bu kim olacaq: Nikol Paşinyanmı, yoxsa başqasımı? Seçiləcək şəxs erməni xalqının adamı olacaq, yoxsa Rusiyanın və ya Amerikanın? Suallar çoxdur və artıq tədricən cavablar da ortaya çıxmaqdadır.

Dünyanın ən aparıcı fikir mərkəzlərində hesab edirlər ki, ABŞ və Qərb blokunun Rusiya ilə kəskin qalmaqallar yaşadığı bir dövrdə, sözə baxmayan Türkiyənin şimal-şərq sərhədində və Vaşinqtonun buynuzlaşdığı İranın da şimal-qərbində yerləşən Ermənistanın qəfil etiraz aksiyaalrı ilə alovlanmasının müəmması var. Söhbət mitinqlərdə səsləndiyi kimi, Qarabağ klanının zülmündən xilas olma səylərindən gedirsə, niyə erməni xalqı bunu Robert Koçaryanın və Serj Sarkisyanın ortalama 20 illik iqtidarı dövründə etmədi, məhz indi ayıldı? Çoxları ölkəyə Rusiya tərəfindən tam nəzarət edildiyini vurğulasa da və buna isbat kimi ölkə ərazisində yerləşdirilən iki rus hərbi bazasını və üstəgəl, sərhəd qoşunları bölməsini göstərsə də, əslində məsələ göründüyü kimi deyil. Elə Moskvanın baş verənləri susqunluqla izləməsi də dediklərimizi təsdiqləyir. Deməli, meydanda ABŞ-AB cütlüyünün təxribatı mövcuddur. Yəni belə çıxır ki, MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) agentləri Sarkisyanın devrilməsində xüsusi rol oynayıblar.

Qeyd edək ki, İrəvanda üsyanın başlamasından 12 gün əvvəl “Aydınlık” qəzetində MKİ casuslarının Ermənistanda artmasına dair məqalə dərc edilmişdi. Bu gün isə məlum nəticələri analiz edəndə məhz MKİ-nin rolu göz özününə gəlir. Bu yönümdə bir müəmma insanı düşündürür: hazırda ABŞ-ın Avropada ən böyük diplomatik korpusu məhz İrəvanda yerləşir. Ermənistan XİN-in rəsmi məlumatına görə, bu ölkədəki amerikalı diplomatların sayı həyat yoldaşları ilə birlikdə 84 nəfərdir. Əlbəttə, bir çox qaynaqlar onların sayının 84-dən daha artıq olduğunu və bu “diplomatların” Ermənistanda müəmmalı işlərlər gördüyünü bildirir.

Rusiyanın yarımmüstəmləkəsi, dünya ölkələri içində nə siyasi, nə də iqtisadi mənada hörməti olmayan Ermənistanda belə ABŞ-ın böyük dırnaqarası diplomatik heyət saxlamasına ehtiyac varmı?

Yeri gəlmişkən, bu haqda fevralın 21-də “Elminbar” saytı da öz şübhəsini yayınlamışdı. Üstəlik, Rusiyanın “Maksalexandrov.livejournal.com” saytı yayımladığı məqalədə qeyd edirdi ki, amerikalı diplomatlar İrəvanda casus şəbəkəsi qurub. Təbii ki, qısa vaxt sonra Amerika səfirliyi elə erməni mediasındaca rusların bu xəbərinin qərəzli olmasına dair açıqlama yaydı. Amma nədənsə aprelin 4-də “Aydınlık”ın yazdığı məqaləyə amerikalılar heç bir reaksiya vermədi. Çünki “Aydınlık”ın iddiaları daha geniş idi və onu cavablamaq üçün mütləq ölçüb-biçib danışmağa ehtiyac vardı. Amma amerikalılar susmağı daha üstün tutdular. Axı bu yazıda amerika casuslarının nazirliklərdən müxalifət partiyalarına, mediadan qeyri hökumət təşkilatlarınadək şaxələnməsi barədə ittihamlar vardı...

Məlumata əsasən Ermənistanda Amerika casus şəbəkəsinin başında səfir Riçard Mills və ABŞ Beynəlxalq Yardım Agentliyinin (USAID) İrəvandakı nümayəndəliyinin rəhbəri Debroah Grieser dayanır. Barak Obama dönəmində təyinat alan səfir Mills əvvəllər ABŞ Dövlət Deportamentinin SSRİ ilə iş üzrə bölməsində, İrəvana gəlmədən öncə də Sankt Peterburqdakı konsulluqda çalışıb.

Hətta 2009-cu ildə “Demokratiyanın sözçüsü” adıyla Amerikanın işğalı altındakı İraqa gedən Mills qondarma erməni soyqırımı məsələsində də Türkiyə və Ermənistan arasında bir uzlaşmaya nail olmaq üçün çalışacağına söz vermişdi. Amma o da həqiqətdir ki, yalnız Mills və USAİD rəhbəri deyil, bu ölkədə daha çox amerikalı MKİ agenti fəaliyyətdədir.

Bir neçəsini təqdim edək:

1. Makkeşova Sova - ABŞ konqresinin 108-ci iclasında Dövlət Deportamenti tərəfindən təyinat alan bu şəxs 2016-cı ildən İrəvanda fəaliyyətə başlayıb. Ermənistan XİN-in sənədlərində o, Amerika səfirliyinin baş katibi kimi qeyd olunur. Amma təhlükəsizlik mənbələrinin qənaətincə, o, MKİ-nin İrəvandakı ən vacib nümayəndələrindən biridir.

2. Nikolos Sepaşvili – MKİ-nin Ermənistan təmsilçisi Sova ilə formal evlidir və guya Ukrayna üzrə mütəxəssisdir.

3. Bredli Filpot – ABŞ-ın Ermənistandakı səfirliyinin attaşesidir. 1980-ci ildə doğulub, Gürcüstan sahəsində mütəxəssis kimi tanınır. Onu İrəvandakı vəzifəsinə məhz Sova gətirib.

4. Riçard Hatç – “Narıncı inqilab” sahəsində mütəxəssisdir. Əslində isə işi səfirliyin ikinci katibi Joze Larziball və Adam Kolvinlə birlikdə Ermənistan mediası ilə əlaqələr qurur. Təhlükəsizlik mənbələrinə görə, bu şəxslərin hər üçü mütləq mənada MKİ-nin Ermənistandakı rəsmisi Sovaya tabedirlər və Açıq Cəmiyyət İnstitutu ilə birlikdə hərəkət edirlər.

5. Polkovnik Bruc Murfi – Əvvəllər Kosovoda çalışıb, sonradan İrəvana göndərilib. Təhlükəsizlik mənbələrinə əsasən, səfirliyin hərbi attaşesi olan bu adam həm də ABŞ Milli Kəşfiyyatının (DIA) təmsilçisidir.

6. Zabit Erik Larsen – Ermənistanda “Təhlükələri Azaltma Koordinatoru” olaraq bioloji proqram üzərində çalışır. Deyilənə görə, o, əvvəllər “Marshall” Avropa Mərkəzi Təhlükəsizlik Fəaliyyəti”nin əməkdaşı olub, sonra Ukrayna, Moldova və Azərbaycanda təcrübə keçib.

7. Mişel Andrevs Başan – Rəsmi məlumata əsasən USAİD-in əməkdaşıdır, amma adı bir sıra ölkələrdə baş verən hərbi çevrilişlərdə hallanır və bu sahədə mütəxəssis olduğu iddia olunur. Onun Ukraynada da olduğu və 2014-cü ildə ölkənin şərqinə hansısa xüsusi şirkətin vasitəsilə döyüşçülər göndərdiyi bildirilir.

Bu yerdə xatırlatma verək ki, 2014-cü ildə Almaniyada yayımlanan “Bild am Sonntag” qəzeti kəşfiyyat mənbələrinə əsaslanaraq “Akademiya” adlı Amerika şirkətinin 400 döyüşçünü Donbas bölgəsinə göndərdiyini yazmışdı, amma bu diplomatın adını çəkməmişdi.

8. Lila Başan - Mişel Andrevs Başanın həyat yoldaşı. 2008-ci ildə “The New York Times” qəzetində bu evlilik barədə xəbər yazılsa da, orada Mişel Andrevslə bağlı heç nə deyilmirdi. Amma Lila Başanın “Toqquşmaları önləmə” mütəxəssisi olaraq Dövlət Deportamentinin Yenidən Təşkilatlandırma və Sabitlikyaratma idarəsində çalışdığı bildirilirdi. Həmin xəbərdə Başanın 2000-ci ildən 2008-ci ilin mart ayına qədər Qərbi Afrika ölkələri üzrə koordinatoru vəzifəsində işlədiyi də göstərilirdi. Ermənistan XİN-in səhifəsində yerləşdirilən məlumatda isə Lilanın ikinci katib olaraq çalışdığı qeyd edilir.

9. Joşua Mulford – O, rəsmən səfirlikdə hərbi attaşenin köməkçisidir. Təhlükəsizlik mənbələrinə əsasən isə Mulford ABŞ Milli Kəşfiyyat Kəşfiyyat idarəsindən (DIA) polkovnik Bruc Murfiyə birbaşa bağlı adamdır...

Göründüyü kimi, Rusiyanın Ermənistanda həyata keçirmək istədiyi “Məxməri dəyişiklik” məhz Amerika və Avropanın casus şəbəkəsinin fəaliyyəti nəticəsində baş tutmadı. Ruslar istəyirdi ki, eynən Putin-Medvedyev kreslo dəyişikliyi prosesi Ermənistanda da reallaşsın, amma Qərb bloku imkan vermədi. Buna baxmayaraq, Moskvanın bu ölkədə əl-qolunu sallayaraq dayanacağını demək mümkünsüzdür. Hər halda, yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın Ermənistanda iki iri hərbi bazası var, onun sərhədlərini də ruslar qoruyur. Üstəlik, ermənilərin yemək-içməyi, yanacağı - əsas zəruri yaşam vasitələri də Rusiyadan gəlir. Bütün bunlar ABŞ-ın Ermənistanda Rusiyanın maraqlarına qarşı hələ daha sanballı planlar həyata keçirəcəyini göstərir.

Amma deyəsən ermənilərin özündə də Qərbə uzanmağa meyl var. Elə müxalifət lideri Paşinyanın bəri başdan elan etdiyi kimi – Ermənistan Qərblə bütün sahələrdə əlaqələrini gücləndirmək istəyir. Bu barədə “Katheon” saytı yazır ki, sitat: “Ermənistan Rusiyanın müttəfiqi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Hətta Gümrüdə Rusiyanın hərbi bazası da var. Amma heç bir şübhə yoxdur ki, Ermənistan son illər ərzində Avropaya doğru sürüklənirlər”.

Sayt daha sonra xəbərdarlıqla xatırladır ki, Ermənistan Qərb institutları ilə əməkdaşlıq içindədir, erməni əsgərlər NATO-nun təlimlərində iştirak edir və sair.
Qısası, ABŞ Rusiyanın güneyində yeni cəbhə açmaqdadır. Allah Qafqazı yeni müharibələrdən qorusun!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018
21.05.2018