Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Müxalifət tez sevindi, Sarqsyan hələ də ölkə iqtisadiyyatına tam nəzarət edir" - "Nezavisimaya qazeta"
Tarix: 25.04.2018 | Saat: 12:14:00
Bölmə:Siyasət | çapa göndər

"Sarqsyan son ana qədər Paşinyanın səhv etməsini gözlədi. Lakin dünyadakı erməni diasporunun da dəstəklədiyi xalqın son həddə çatdırılmış narazılıqlarını qiymətləndirməyi bacarmadı" - bu fikirlər Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta" nəşrində Ermənistandakı son olaylarla bağlı məqalədə yer alıb.

Bildirilir ki, əgər hakimiyyət etiraz aksiyalarını güc yoluyla dağıtmağa səy göstərsəydi, bu küçələrə çıxan insanların sayının daha da artmasına səbəb olacaqdı. 

Nəşr bildirir ki, Sarqsyan istefa versə də, müxalifət qələdə elan etməkdə tələsdi. Çünki keçmiş baş nazir hələ də hakim Respublikaçılar Partiyasının sədridir. Bu partiya isə tək parlamentdə səs çoxluğuna malik deyil. Həm də Ermənistanın bütün iqtisadiyyatına nəzarət edir: "Sarqsyanın getməsi Ermənistandakı oliqarx sistemin dəyişməsi anlamına gəlmir. Hansı ki,bu sistem müxtəlif yollarla bütün sahələrdə monopoliya yaradıb ki, bu da xalqı bezdirib. Rəsmi rəqəmlərə görə, ölkədən gedənlərin sayı 500 minə yaxındır. Ermənistan kimi əhalisi cəmi 3 milyon olan dövlət üçün reallıqda bu göstərici faciəyə bərabərdir".

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018