Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni baş nazir işə gedərkən yollar bağlanılmayacaq - cangüdən də saxlamayacaq
Tarix: 25.04.2018 | Saat: 12:42:00
Bölmə:Dünya | çapa göndər

Qırğızıstanın yeni hökumət başçısı Muhammədkalıy Abılqaziyev rəsmi avtomobil kanvoyu saxlamayacağını bildirib. Baş nazirin əmrinə əsasən, bundan sonra onun maşını şəhər küçələrindən keçərkən digər avtomobillərin hərəkətinin dayandırılması da yasaqlanıb. Yəni o da digər vətəndaşlardan seçilməyəcək. 

Hafta.az "24.kg TV" kanalına istinadən yazır ki, baş nazir Muhammədkalıy Abılqaziyevin avtomobili artıq dünən müşayiətedici kanvoyu olmadan təkbaşına evdən iş yerinə gedib. 

Qırğız mediası yazır ki, Abılqaziyev bu günlərdə Milli Təhlükəsizlik Komitəsinə təyin edilən yeni sədr İdris Kadırkulovu heyətə təqdim edərkən məsləhət görüb ki. cangüdənlərdən və avtomobil kanvoyundan maksimum şəkildə az yararlansın. 

Məlumat üçün bildirək ki, bundan əvvəl prezident Sooronbay Ceenbekov da ən geci saat 08:3o-da Prezident Ofisində olacağını və gedərkən yolların digər maşınların hərəkətinə bağlanmayacağını bəyan etmişdi. 

Xatırladaq ki, Sapar İsakovun rəhbərlik etdiyi hökumətin dağılmasının ardıyla Muhammədkalıy Abılqaziyev aprelin 20-də parlament tərəfindən yeni baş nazir seçilib. 50 yaşlı baş nazir prezident tərəfindən mart ayında Prezident Ofisinin rəhbəri vəzifəsinə təyin edilmişdi. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018