Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni hökumətdə qadınların təmsilçiliyi - gender balansı pozulubmu?
Tarix: 25.04.2018 | Saat: 17:04:00
Bölmə:Müsahibə | çapa göndər

Bir çoxları səbirsizliklə demokratiyanın əsas prinsiplərindən sayılan gender bərabərliyinin yeni hökumət üçün prioritet olacağını düşünürdü. İnsan hüquqları və sosial ədalətin təminatında zəif cinsin nümayəndəliyinin iştirakçılığının daha effektiv nəticə verə biləcəyi hesab olunurdu. Lakin yeni təyinatlarda da kişilərin say üstünlüyü mövzunu gündəmə gətirir. 

Hafta.az bu mövzuda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, ölkədə gender siyasəti üzrə ilk kitabların müəllifi Rəna Mirzəzadə ilə müsahibəni təqdim edir.

- Hökumətin yeni tərkibi artıq formalşamış sayıla bilər. Sizcə, qadınların idarəçilikdə təmsilçilk balansı necə qorundu?

- Azərbaycanda birinci vitse-prezidentin qadın olması artq gender siyasətinin yüksək nöqtəsi deməkdir. Dünyanın çox az ölkələri var ki, orada yüksək səviyyədə təmsilçilikdə rəhbər qadındır. Bildiyiniz kimi, birinci vitse-prezident ölkə başçısından sonrakı şəxs sayılır və çox az ölkədə bu postda qadın təmsil olunur.

- Hazırda ölkəmizdə qadınların idarəetmədə sayı qəənaətbəxşdirmi?

- Qadınların idaretmədə sayı bir qədər artırılmalıdır. Bu məsələdə qadınlar özləri də aktiv olmalıdır. Qadın kadrlar da yetişməlidir. Vəzifə yükü tək kişilərin üzərinə düşməməlidir. Qadınlar da bu yükü çəkmək üçün aşağı siniflərdən hazırlanmalıdır. Təhsil, bacarıq, peşəkarlıq olmalıdır. Hazırda yeni təyin olunan nazirlərin çoxu cavanyaşlıdır. Onlar son illərin yetirmələridir. Təhsil aldılar, özlərini təsdiq etdilər ki, bu da diqqətdən kənarda qalmadı. Bu formada qadınlar da irəli getməyə can atmalı, cəmiyyətdə tanınmalılar.

- Səhiyyə və təhsil sahəsindəki bəzi neqativlərin səbəbi kimi bu sahədə qadınların çox olması göstərilir. Həqiqətənmi, bir sahədə cinsi çoxluq problem yaradır?

- İstənilən sahədə say etibarı ilə bir cinsin digərindən çox olması gender elmində pozitiv diskriminasiya adlanır. Məktəblərdə kişi pedaqoqların azlığı o demək deyil ki, onlar o sahədə təmsil olunmur və ya bunun cəmiyyətə ciddi təsiri ola bilər. Sadəcə xarakter etibarı ilə kişilərin də olmasını məqbul sayırlar. Kişi streotipləri ilə qadın streotiplərinin eyni olmaması balansı qorumağı vacib sayır. Hər ikisinin olması vacibdir. Balans qorunmalıdır.

- Ümumiyyətlə, vəzifənin kişisi qadını varmı?

- Qətiyyən. İdarəetmədə vəzifələri cinslərə ayırmağı qəbul etmirəm. Burada mütləq bacarıq, peşəkarlıq, bilik, istedad üstünlük təşkil etməldir. Bu xüsusiyyətlərin də fərdlərdə mövcudluğu qadına, kişiyə ayrılmır. Vəzifədə cinsin əhəmiyyəti yoxdur.

- Azərbaycan elmində qadınların sayını necə qiymətləndirirsiniz? Qeyd edim ki, bu, faiz göstəricisi ilə təxminən 50/50-dir. Hətta bir faizlə əks cinsdən üstündür.

- Nəzərə alsaq ki, qadın əks cinsindən fərqli olaraq tək elmi, ictimai fəaliyyətlə məşğul deyil, bu zaman statistik göstəricinin yüksək olduğunu deyə bilərik.

- Amma elmdə qadınların sayı çox olsa da, rəhbər vəzifələrdə kişilərə nisbətən azdır...

- Əslində, hansısa vəzifədə cinsə görə bölgünün olmasını o qədər də əhəmiyyətli saymıram. Yəni əsas nəticədir, görülən işdir. Bunun üçünsə rəhbərlikdə kişinin və ya qadının təmsilçiliyinin o qədər də onəmi yoxdur. Amma qaldırılan məsələlərə psixoloji baxımdan fərqli baxışlar olsun deyə, parlamentdə qadınların sayının çox olmasını istərdim.

- Qadınların təmsilçilikdə vacibliyinin məsələyə psixoloji baxımdan həssas yanaşmaları mülahizəsi ilə razısızmı?

- Vaxtilə Hillari Klinton dövlət katibi olanda ona sual etmişdilər ki, hansı brendi sevirsiniz. O bundan əsəbiləşmişdi ki, mən dövlət katibiyəm və əgər mənim yerimdə hansısa kişi olsaydı bu sulaı verməyəcəkdiniz. Mən bununla razılaşmıram ki, qadın rəhbər olarsa, o bütün məsələlərə humanist yanaşacaq. Bundan çıxış etsək, deyə bilərik ki, qadını müdafiə naziri qoyaq və o da məsələyə həssas yanaşıb, müharibəni uduzsun. Odur ki, belə yanaşmanı düzgün saymıram.

- Sizcə, gender balansı və bərabərliyinin qorunması öhdəlikdirmi və nədən birdən birə bu mövzu geniş yayıldı? Nəzərə alsaq ki, sovet dönəmində də sadə adamlar arasından hətta kolxozçu, pambıqçılardan da deputat seçilənlər olurdu.

- Əslində sovet dönəmində görüntü xatirinə sadə deputat, rəhbər qadın obrazı var idi. O dönəmdə traktorçunu, pambıqçını deputat etmək əslində onları təhqir etmək idi. Savadı, bilik bacarığı olmayan şəxsi ölkənin rəhbər şəxsi vəzifəsinə qaldırmaq yanlış siyasət idi. Bu sadəcə mənzərə idi. Sonradan bu məsələ nizamlanmağa başlandı və bu günkü qadın siyasətinə qədər irəlilədi. Hazırkı ümumi mənzərəni nikbin qiymətləndirirəm. Bu, zamanla həll olunması vacib olan məsələlərdir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018