Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İş adamları vəsaitlərini Ermənistandan çıxartmağa başladı" - "Qraparak"
Tarix: 26.04.2018 | Saat: 12:59:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanda yaşanan olaylar, Sarqsyanın əlaltılarının akimiyyətdə qalmaq istəyi, Paşinyanın isə buna etiraz olaraq mitinqləri davam etdirməsi onsuz da çox çətin iqtisadi böhran içində olan ölkənin maliyyə durumunu daha da pisləşdirib.

Vəziyyətin hələ də qeyri-müəyyən olması isə Ermənistandan kütləvi şəkildə maliyyə vəsaitlərinin çıxarılması ilə müşahidə edilir. Bu məsələ ölkə mətbuatının da diqqətindədir.

«Qraparak» qəzetinin yazdığına görə, müxtəlif biznesmenlər, iş adamları həyata keçirilən investisiya proqramlarının maliyyələşdirilməsini də dondurmağa, malik olduqları infrastrukturları təcili şəkildə sataraq maliyyə vəsaitlərini Ermənistandan çıxartmağa başlayıblar:

"Onlar yaranmış qeyri-müəyyənliyin hələ uzun müddət davam edəcəyindən, yeni hakimiyyətin isə onları mülklərindən məhrum edərək həyata keçirilən proqramları donduracağından qorxurlar.

Əldə etdiyimiz məlumata görə, Rusiyada yaşayan Kamo Avaqumyana məxsus "Avilon" şirkəti Ermənistana 100 milyon dollar investisiya qoyulması ilə bağlı danışıqlar aparırdı. Bu şirkət həm də «Artfud» zavodunun 75 faiz səhmlərini alıb. Lakin inqilab başlayan kimi Kamo Avaqumyan öz adamlarına zəng edərək danışıqlrı dayandırmağı tapşırıb".

Azad

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018