Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mağjan Jumabay: yolumuza işıq salan böyük ədib
Tarix: 26.04.2018 | Saat: 15:21:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bu il Qazax milli şairi, türk dünyasının böyük oğlu Mağjan Jumabayın anadan olmasının 125 illiyi şərəfinə Beynəlxalq Türk Akademiyası tərəfindən "Mağjan ili" elan edilib. Akademiyanın prezidenti Darxan Kıdırəlinin təşəbbüsü ilə ədibin şeirləri 9 dilə tərcümə edilərək, nəşr olunub. Akademiyanın prezidenti Darxan Kıdırəlinin təşəbbüsü ilə ədibin şeirləri 9 dilə tərcümə edilərək, nəşr olunub. 

Hafta.az-ın yazdığına görə, İTV-nin Qazaxıstandakı müxbiri Füzuli Məcidlinin də iştirak etdiyi tərcümə prosesinin yekununda Mağjan Jumabayın yaradıcılığı ilə Azərbaycan oxucuları da tanış olmaq imkanı qazanıb. 

Mağjan Jumabay kimdir? 25 iyun 1893-cü ildə Şimali Qazaxıstanın Bulaev qəsəbəsində doğulan Mağcan Jumabayın yetkinləşməsi və formalaşmasında elmə, mədəniyyətə dəyər verən atasının böyük payı var. Onun sayəsində Mağjan hələ dörd yaşındaykən oxumağı öyrənib. 1910-ci ildə Kızıljar şəhərində mədrəsəni bitirib və təhsilini davam etdirmək üçün Ufaya gedib. O, burada məşhur tatar yazıçı və ədibi Qalımjan İbrahimovun tələbəsi olub. Şairin ilk kitabı olan “Çolpan” məhz müəlliminin təşviqi və dəstəyi ilə 1912-ci ildə - doqquz yaşındaykən çapdan çıxıb.

1913-1917-ci illərdə Ombıdakı (Omsk) Rusiya Müəllimlər İnstitutunu müvəffəqiyyətlə bitirən şair Mağjan, həmin il Zeynəb adlı qızla evlənir. Bu illərdə Əhməd Baytursunulı və Miryakıp Duvlatın rəhbərliyi altında qurulan və Qazaxıstanın istiqlalını müdafiə edən Alaş Orda Partiyasına daxil olur. Az sonra ona həmin partiyanın qurduğu Alaş Orda hökumətində vəzifə verilir. Özü kimi idealist, vətənpərvər qazax ziyalıları ilə çox çətin şəraitdə müxtəlif qəzetlər çıxarırlar.

1919-cu ildə doğum əsnasında həyat yoldaşı Zeynəb xanımı, bir il keçməmiş yetim qalan oğlunu itirir. 1922-ci ildə ikinci dəfə nikaha girir və Zəliha adlı xanımla evlənir.

1922-ci ildə Daşkənddə yaradılan Türküstan Cümhuriyyəti Hökumətində Qazax-Qırğız Elm Komissiyasının üzvü olur. Burada ədəbi yaradıcılığının ən məhsuldar dövrünü yaşayan Mağcan, 1924-ci ildə Qazax Kommunist Partiyasının tərəfindən "millətçi, pantürkist, burjuaziya tərəfdarı və fərdiyyətçi" olmaqda günahlandırılır. Daha ciddi nəzarət altında saxlamaq məqsədilə həmin il Moskvaya çağırılan şair, 1927-ci ilə qədər orada Şərq Mətbəəsində işləyir. Burada rastlaşdığı bəzi əsərləri rus dilindən qazax dilinə çevirib, çox sayda elmi terminlərin qazaxca qarşılığını müəyyən etməklə öz ana dilinin inkişafına ciddi töhfə verib.

1927-ci ildə Qazaxıstana qayıdan Mağjan, 1929-cu ildə Kızıljardaki məktəblərdə müəllimlik edib, qısa müddət sonra sovet hökuməti tərəfindən eyni ittihamlarla tutularaq 10 illik ağır həbs cəzasına məhkum edilib. 1935-ci ildə tanınmış rus yazıçısı Maksim Qorkinin yardımı ilə həbsdən xilas olub Kılzıljara qayıdır. Burada iki il rus dili və ədəbiyyatından dərs deyib. Lakin 1937-ci ildə yenidən həbs olunur və 19 mart 1938-ci ildə, 45 yaşında sovet cəlladları tərəfindən güllələnir. Türküstan mövzulu şeirləri və Turan fikrini müdafiə etdiyi üçün Mağjanın əsərlərinin oxunması, saxlanılması, dərc olunması, hətta adının kitablarda və məqalələrdə çəkilməsi 1929-cu ildən qadağan olunur. Bu qadağa yalnız 1988-ci ilin sonlarında aradan qaldırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018